Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Prezident iki nazirliyə yeni səlahiyyət verdi - Sərəncam

Prezident iki nazirliyə yeni səlahiyyət verdi - Sərəncam

yüklənir...
Prezident İlham Əliyev "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə protokol tərtib edəcək iki nazirlik müəyyənləşib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 393-1.2 maddəsində nəzərə tutulan həmin inzibati xəta ilə bağlı protokol inzibati xətanı aşkar etmiş qurumlar - İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunacaq. 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur