Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
VƏKİLLƏR KOLLEGİYASININ MƏTBUAT XİDMƏTİ - BƏYANAT

VƏKİLLƏR KOLLEGİYASININ MƏTBUAT XİDMƏTİ - BƏYANAT

yüklənir...
Bu günlərdə mətbuatda "AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilov təmsil etdiyi bank tərəfindən verilmiş kreditlərin yığılmasında çətinliklərin yaranmasının vəkillərin fəaliyyəti ilə əlaqədar olduğu barədə fikirlər səsləndirmişdir.

Bununla bağlı, bildiririk ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkillər qanunvericiliklə müəyyən olunmuş qaydada fiziki şəxslərin, habelə banklar da daxil olmaqla hüquqi şəxslərin hüquqlarının qorunması sahəsində Konstitusiya və qanunlar əsasında fəaliyyət göstərirlər. Bu zaman onlar təmsil etdikləri şəxslərin maraqları naminə qanunvericiliyə zidd olmayan müdafiə vasitələrindən öz mülahizələri əsasında istifadə etməkdə sərbəstdirlər.

Həmçinin bildiririk ki, vəkillərin fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə zidd müdafiə vasitələrindən istifadə olunması faktları aşkar edildiyi təqdirdə, şikayətçi olan şəxslər bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət etmək hüququna malikdirlər.

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası konkret faktlar təqdim edilmədiyi təqdirdə bu cür bəyanat və fikirləri məqbul hesab etməməklə, insan və vətəndaşların hüquqlarının səmərəli müdafiəsi işinə zidd hesab edir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bildirir ki, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin etmək kimi konstitusion funksiya daşıyan vəkillərə münasibətdə mətbuatda səsləndirilən bu kimi fikirlər vəkillik institutunun cəmiyyətdə nüfuzuna mənfi təsir göstərir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bu kimi məsələlər ilə bağlı gələcəkdə fikirlər səsləndirilərkən rəsmi şəxslərdən daha həssas olmalarını xahiş edir.скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur