Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Leyla Əliyeva Bakıda konfransa qatıldı

Leyla Əliyeva Bakıda konfransa qatıldı

yüklənir...

"Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan və  Gürcüstanın Ekologiya və Ətraf Mühit nazirləri,  Dünya Vəhşi Təbiət Fondunun (WWF), eləcə də Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Hollandiya, Belarus, İranın rəsmi nümayəndələri və beynəlxalq mütəxəssislər iştirak edib.

Qeyd edək ki, 14 noyabr 2018-ci il tarixindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə təşkil olunan "Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi bu gün sona çatır.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur