Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Dövlət hər bir fermerə dəstək göstərir” - Nazir

“Dövlət hər bir fermerə dəstək göstərir” - Nazir

yüklənir...
"Son illər aqrar sahənin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən genişmiqyaslı islahatlar həyata keçirilir. Qeyri-neft sektoruna göstərilən diqqət nəticəsində aqrar sahə bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub"
Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir bildirib ki, fermerlərə və kəndlilərə diqqət və qayğı göstərilir: "Çalışacağıq ki, aqrar sahədə bu günə qədər olan uğurları davam etdirək".

İ.Kərimov, həmçinin qeyd edib ki, bu ilin 9 ayında kənd təsərrüfatı məhsullarının həcmi 4,3%, bitkiçilik 5,3%, heyvandarlıqda isə 3% faiz artım müşahidə edilib. 

"İlin sonuna kimi bu göstərici daha da artacaq. Hazırda kənd təsərrüfatı sahələrində qızğın məhsuldarlıq dövrüdür. Pambıqçılıq və tütünçülük sahəsində yüksək məhsuldarlıq əldə edilir. Dövlət hər bir fermerə dəstək göstərir".
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur