Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

yüklənir...
Bu gün ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üstünə tər çiçəklər düzülüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.


















скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur