Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Leyla Əliyevadan daha bir humanist addım

Leyla Əliyevadan daha bir humanist addım

yüklənir...

8-14 iyun tarixlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və IDEA Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda, xüsusən də Balaxanı qəsəbəsindəki sahibsiz itlərin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi, birkalanması və müalicəsi üzrə növbəti aksiya keçiriləcək.

İctimai Birlikdən verilən məlumata görə, tədbirdə Almaniyadan ölkəmizə könüllü əsaslarla səfər etmiş baytar həkimlər iştirak edəcəklər. Aksiya IDEA Heyvanlara Qayğı Mərkəzinin baytarlıq klinikasında keçiriləcək.

Bakı və onun ətraflarında sahibsiz ev heyvanlarının populyasiyasının sürətlə artması bir çox problemlərə səbəb olur, o cümlədən insanların və heyvanların sağlamlığına təhlükə təşkil edir. Qeyd edilməlidir ki, cəmi bir dişi it və onun balaları cəmi 7 il ərzində dünyaya 67 minə qədər bala gətirə bilər.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur