Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
İran ABŞ-dan şübhələnir

İran ABŞ-dan şübhələnir

yüklənir...

İran nüvə proqramı çərçivəsində ABŞ-ın yeni danışıqlardan sonra əldə olunan razılaşmaya əməl edəcəyinə şübhə ilə yanaşır.

 

Bu barədə İranın Rusiyadakı səfiri Mehdi Sənai Sank-Peterburq dövlət universitetinin tələbələri qarşısında çıxışı zamanı bildirib.

 "ABŞ-ın razılaşmadan çıxışı onların məsuliyyətsizliyini göstərir. Əgər prezident dəyişilirsə o hər şeyi dəyişə bilər, daşı-daş üzərinə qoymaz qalsın. Bəli şübhəsiz ki, bu bütün dünya üçün çox təhlükəlidir. O, İranı yeni danışıqlara çağırır. Bəs yaxşı burada gələcək prezidentin onunla əldə edilmiş razılaşmanı pozmayacağına zəmanət haradadır” – Sənai çıxışı zamanı bildirib.

 

O, həmçinin bildirib ki, bundan sonra razılaşmaya ABŞ-sız da davam etmək olar. Sənai əlavə edib ki, İran əgər görsə ki, onun iqtisadi maraqları razılaşmanın qalan üzvləri tərəfindən təmin edilmir, o zaman müxtəlif ssenariləri müzakirə edə bilər.

 

Qeyd edək ki, 2018-ci ilin may ayında ABŞ prezidenti Donald Tramp öz sələfi Barak Obama və digər 5 dövlət tərəfindən İranla bağlanmış nüvə razılaşmasından çıxdığını bəyan edib.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur