Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...

"Global Village" beynəlxalq tədbirində Azərbaycanın da iştirakına dair razılıq əldə edildi...

yüklənir...
Azərbaycanın BƏƏ-də fövqəladə və səlahiyyətli səfiri cənab Daşqın Şikarov Dubayda hər il keçirilən nəhəng "Global Village" beynəlxalq mədəniyyət və ticarət festivalının baş direktoru Bader Anvahi ilə görüşüb. Görüşdə hər il beş milyondan çox ziyarətçinin gəldiyi festivalın imkanları müzakirə edilib, Azərbaycanın iştirakı haqqında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra festivalın rəhbəri və əməkdaşları, səfir cənab Daşqın Şikarov, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev və səfirliyin birinci katibi Sabir Rzayevi festival və onun pavilyonları ilə tanış etmiş, bu möhtəşəm tədbirin müxtəlif əyləncə və satış imkanları ilə tanış etmişlər.

Görüşün yekunu üzrə Azərbaycanın festivalda iştirakı istiqamətində iş aparılması barədə razılıq əldə edilmişdir.





скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur