Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Adil Əliyev: “Azərbaycan idmançıları dünyada öz sözünü deməyi bacarır”

Adil Əliyev: “Azərbaycan idmançıları dünyada öz sözünü deməyi bacarır”

yüklənir...

"Ümumiyyətlə, gənclər siyasətinin həyata keçirilməsi, Azərbaycan ordusunun yenidən qurulması, yaranması, təkmilləşdirilməsi, maddi-texniki bazasının yaradılması Azərbaycan dövlətinin, hökumətinin, onun rəhbərliyinin həyata keçirdiyi ən önəmli layihələrdən, planlardan və prioritet istiqamətlərdən biri olub". Bunu millət vəkili Adil Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan gəncliyi, idmanı və ordusu bir vəhdət təşkil edir: "Çünki harda Azərbaycan idmanı varsa, orada Azərbaycan gənci var. Eləcə də harda Azərbaycan gənci varsa, orada Azərbaycan ordusu var. Ona görə də bugün Azərbaycan ordusu Azərbaycan gəncləri ilə təmsil olunur. Təbii ki, Azərbaycan idmanının da təməli qoyulduqda Azərbaycan rəhbərliyi, hökuməti xüsusilə də Ümummilli Lider Heydər Əliyev bugünkü günü düşünürdü və fikirləşirdi. Bu gün təbii ki, o təməli qoyulmuş idman siyasətinin həyata keçirilməsində Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rolunu xüsusi qiymətləndirməliyik və vurğulamalıyıq. Ona görə ki, bu gün Azərbaycan idmanı dünyada öz yerini, mövqeyini qoruyub saxlamaqda davam edir. Bu gün Azərbaycan ordusu Azərbaycan idmançılarını, gənclərini təmsil etdiyi kimi Azərbaycan idmançıları da ölkəmizi beynəlxalq arenada təmsil edir. Azərbaycan idman ölkəsidir. Bu gün Azərbaycan idmançıları dünyada öz sözünü deməyi bacarır. Bu gün ölkəmizin idmanında çox böyük dəyişikliklər olub".

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur