Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Bu qanun layihəsini hazırlayanlar varlıların maraqlarını müdafiə ediblər”

“Bu qanun layihəsini hazırlayanlar varlıların maraqlarını müdafiə ediblər”

yüklənir...

"Qanun layihəsini dəstəkləyirəm. Müsbət haldır ki, bunun ictimai müzakirəsi keçirildi. İki əsas istiqamət məni narahat edir".

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentdə Cinayət Məcəlləsinə dair dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

 

O hesab edir ki, cəzanın humanisləşdirmək adı ilə məcəllədə külli miqdarda əmlakın oğurluq yolu ilə əldə edilməsi cəzası 18 ilə çatdırılır:

 

"Ömürlük cəza çəkən insanlar var. Onların çoxu insan öldürdüyünə görə bu cəzaya düçar olublar. Əvvəlki məcəlləyə görə, bu şəxslərin cəzasının çəkilməmiş hissəsi 15 illə əvəz oluna bilərdi.

 

İndiki məcəlləyə görə, əgər insan son 5 ildə özünü yaxşı aparırsa, cəkilməyən cəza müddəti 10 illə əvəz oluna bilər.

 

Və yaxud hakimiyyət nümayəndəsinə zorakılıq tətbiqetmə sanksiyasının yuxarı həddi 7 ildir. Zorlama cinayəti 4-8, azyaşlı uşaqların zorlanması isə 10-15 il cəzalandırılır. Bu yaxınlarda azyaşlı insan zorlanmışdı və cəmiyyət tələb edirdi ki, həmin şəxs haqqında ölüm hökmü çıxarılsın.

 

Qanun layihəsini hazırlayanlar sanki varlı insanların maraqlarını müdafiə ediblər. Belə mənzərə yaranır ki, varlı imkanların əmlakı insan sağlamlığından daha dəyərlidir”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur