Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Müşfiq Mədətov danışdı - “Şikayətçi deyiləm”

Müşfiq Mədətov danışdı - “Şikayətçi deyiləm”

yüklənir...

Mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bıçaqlanması ilə bağlı xəbərlərə münasibət bildirib.

Açıqlama verən Mədətovun sözlərinə görə, bıçaqlanması ilə bağlı yayılan xəbərlər yalandır:

"Tamamilə yalan xəbərdir. Əgər bıçaqlansaydım 3 gün polis idarəsində saxlanılmazdım. Məni idarədə qanunsuz olaraq saxladılar. Adı silahlı insidentə qarışan həmin şəxsləri isə heç vaxt tanımamışam. Heç kimdən şikayətçi deyiləm. Münaqişənin söyüş üstündə baş verməsi yalan xəbərdir”. 

Qeyd edək ki, mətbuatda Müşfiq Mədətovun bıçaqlanması ilə bağlı xəbərlər yayılıb. Həmin şəxslər, eyni zamanda Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni ayağından güllə ilə vurub qaçıblar. Keçirilən əməliyyat zamanı 3 nəfər şübhəli – Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov saxlanılıb.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur