Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Lütfi Zadə I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB

Lütfi Zadə I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB

yüklənir...

Dünya şöhrətli alim Lütfi Zadə dəfn olunub.

 

APA-nın məlumatına görə, o, I Fəxri xiyabanda torpağa tapşırılıb.

 

 

 

***

 

 

13:47

 

 

Azərbaycan Milli Elmlər Akademiyasında dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, mərasimdə prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Lütfi Zadənin əldə etdiyi nailiyyətlər əsasında dünya elminin müxtəlif istiqamətləri inkişaf edib: "Lütfi Zadə Amerikada yaşasa da, Azərbaycana çox bağlı olub. O, son dəfə 2008-ci ildə Bakıya gəlmişdi. Onda Milli Elmlər Akademiyasında çox mühüm mühazirə ilə çıxış etmişdi. O, Azərbaycanın gündən-günə gözəlləşən sosial, elmi, iqtisadi şəraiti lilə fəxr edirdi. Lütfi Zadənin böyük elmi məktəbi var idi. Lütfi Zadə məktəbi Azərbaycanda da təşəkkül tapmışdı. Onun vəfatı dünya və Azərbaycan elmi ictimaiyyətini kədərləndirir". 

 

Mikayıl Cabbarov deyib ki, onun son arzusu Vətənində torpağa tapşırılmaq olub: "Bu, onu göstərir ki, son nəfəsinə qədər Azərbaycanla yaşayıb. Onun dünya elminə verdiyi töhfələr misilsizdir. O bizim böyük alimlərlə birlikdə öz adını Azərbaycan elminin və dünya elminin tarixinə qızıl hərflərlə yazdırıb. Bu gün Azərbaycanda Lütfi Zadənin elmi nailiyyətlərini davam etdirən gənclər yetişir".

 

Akademik Telman Əliyev qeyd edib ki, Lütfi Zadənin nəzəriyyələri elmdə bəzi əsasları kökündən dəyişdi. Akademik bir çox ölkədə nəqliyyat, bank, intellektual sistemlərin alimin nəzəriyyəsi əsasında işlədiyini diqqətə çatdırıb: "Lütfi Zadə dünya elminə çox böyük töhfələr verib. Onun adı Eynşteyn və Nyuton kimi alimlərin sırasında çəkilməlidir. Biz onunla yoldaş olmuşuq. Lütfi Zadə Bakını, Azərbaycanı hədsiz çox sevirdi. Azərbaycanda onu hər zaman yüksək qiymətləndiriblər. Bakıya gələndə öz məktəbinə, sinfinə baş çəkdi və mən görürdüm ki, Lütfi Zadə özünü necə xoşbəxt hiss edir. Hələ illər əvvəl deyirdi ki, Azərbaycan dünyada firavan ölkələrindən biri olacaq. Ola bilsin o, ömrü boyu Bakıya köçmək arzusunda olub. Son arzusu bunu göstərdi".

 

Akademik Rasim Əliquliyev bildirib ki, Lütfi Zadənin nəzəriyyəsinin tətbiq sahəsi çox böyükdür: "Beşinci nəsil kompüterlər də onun nəzəriyyəsi əsasında yaradılacaq. O, Nobel mükafatına layiq alimdir. Hansı səbəblərdən bu mükafat verilmədi, bilmirəm. Lütfi Zadənin nəzəriyyəsi bütün alimlərin qarşısında mühüm vəzifələr qoyub, biz onu tətbiq edib öyrənməliyik. Azərbaycanı məktəbli kimi tərk edən Lütfi Zadə vətənə dahi kimi qayıtdı".

 

AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Lütfi Zadənin əvəzsiz xidmətlərindən söz açıb, onun böyük alim, elm xadimi olduğunu vurğulayıb.

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da Lütfi Zadənin dünya elminə verdiyi töhfələrdən danışıb. Səfir bildirib ki, Lütfi Zadə elə bir şəxsiyyətdir ki, onun elmi nailiyyətləri həm Azərbaycan, həm də Amerikada çox məşhurdur: "Azərbaycanın böyük oğlu Bakıda doğulub, dünya elminə möhtəşəm töhfələr verib. Lütfi Zadənin fəaliyyəti müasir texnologiya, yeraltı qatarlar üçün baza rolunu oynayıb. Biz onun elmi fəaliyyətindən bəhrələnməyə davam edirik. Amerikalılar Azərbaycan xalqı ilə birgə bu itkidən kədərlənir, onun ruhunun əbədi dinclik tapması üçün sizinlə birgə dua edirik".

 

Dünya şöhrətli alimin ailəsi adından çıxış edən xalası qızı, xalq artisti Cənnət Səlimova vida mərasiminin təşkilində görə Azərbaycan dövlətinə və prezident İlham Əliyevə təşəkkürünün bildirib: "Bu əziyyətli və şərəfli işdə başda möhtərəm prezidentimiz olmaqla, əməyi keçən bütün insanlara öz dərin təşəkkürümü bildirirəm. Əziz və əvəzolunmaz insan, dahi Lütfi Zadə bu torpaqda əbədi uyuyacaq. Ruhu şad olsun".

 

Alimin cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.

 

 

***

 

13:43

 

Böyük alim Lütfi Zadə İlə vida mərasimi başlayıb.

 

APA-nın məlumatına görə, mərasimdə AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və başqaları iştirak edir. 


 
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Lütfi Zadənin əldə etdiyi nailiyyətlər əsasında dünya elminin müxtəlif istiqamətləri inkişaf edib: "Lütfi Zadə Amerikada yaşasa da, Azərbaycana çox bağlı olub. O, son dəfə 2008-ci ildə Bakıya gəlmişdi. Onda Milli Elmlər Akademiyasında çox mühüm mühazirə ilə çıxış etmişdi. O, Azərbaycanın gündən-günə gözəlləşən sosial, elmi, iqtisadi şəraiti lilə fəxr edirdi. Lüfi Zadənin böyük elmi məktəbi var idi. Lütfi Zadə məktəbi Azərbaycanda da təşəkkül tapmışdı. Onun vəfatı dünya və Azərbaycan elmi ictimaiyyətini kədərləndirir".  
 

Mikayıl Cabbarov isə deyib ki, onun son arzusu Vətənində torpağa tapşırılmaq olub: "Bu, onu göstərir ki, son nəfəsinə qədər Azərbaycanla yaşayıb. Onun dünya elminə verdiyi töhfələr misilsizdir. O bizim böyük alimlərlə birlikdə öz adını Azərbaycan elminin və dünya elminin tarixinə qızıl hərflərlə yazdırıb. Bu gün Azərbaycanda Lütfi Zadənin elmi nailiyyətlərini davam etdirən gənclər yetişir".

 

Tədbir davam edir.

 

 

***
 
 
12:15
 
 
Prezident İlham Əliyev görkəmli alim Lütfi Zadə ilə vida mərasiminə gəlib.
 
APA-nın məlumatına görə, mərasimə dövlət və hökumət üzvləri, elm adamları, ictimaiyyət nümayəndələri də qatılıb.  
 
Mərasim AMEA-nın əsas binasına keçirilir.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur