Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
“Heydər Əliyev hakimiyyətə gələndə büdcədə 1 manat pul yox idi”

“Heydər Əliyev hakimiyyətə gələndə büdcədə 1 manat pul yox idi”

yüklənir...
"Onlar bir il hakimiyyətdə oldular və ölkəni bərbad hala saldılar”

Son vaxtlar bəzi siyasilər tərəfindən islahatçı hökumətin yaradılmasının vacibliyi ilə bağlı fikirlər səslənməkdədir. Belə ki, bəzi siyasilər hesab edir ki, ölkədəki mövcud iqtisadi-sosial böhrandan çıxmaq üçün bu cür hökumətin formalaşmasına ciddi ehtiyac var.

Məsələ ilə bağlı moderator.az-a açıqlama verən ASDP sədri, deputat Araz Əlizadə müxalifət tərəfindən səslənən bu cür fikirləri əsassız hesab etdiyini vurğuladı:

"Bunların hamısı mənasız söbətlərdir. Baxın, islahatçı hökumət kimdən ibarət olacaq? Əli Kərimli ilə İsa Qəmbərdən? Onların hansı kadr potensialı var ki, islahatçı hökumət yaratsınlar? Onlar ilk nöbədə özlərinə nəzər yetirməlidir. 1 il hakimiyyətdə oldular. Hələ o zaman Əli Məsimli, Vahid Əhmədov, Rəhim Hüseynov kimi köhnə kadrlar var idi. Bu adamlar dövlətçiliyin nə olduğunu bilən kadrlar idi. Bəs indi kim qalıb orda? Bir həsir, bir də Məmmədnəsirdilər. Bunların bircə arzusu var. Onlar hakimiyyətə gəlib bir az da oğurlamaq istəyirlər. 

Gah "keçid hökuməti”, gah "islahatçı hökumət” deyirlər. Mən 1992-ci ildə deyirdim ki, iqtisadi proqramınızı ortaya qoyun. Deyirdilər ki, biz iqtisadi proqramımızı ortaya qoysaq, bunu başqaları oğurlayar. Deyirdim ki, mən həmişə proqramımızı ortaya qoyuram. Ondan heç olmasa bir müddəanı kimsə götürüb həyata keçirsə, mən ona, həmin siyasi qüvvəyə minnətdar olaram. 

Onlar hakimiyyətə olduqları 1 il ərzində Azərbycnı bərbad etdilər. Azərbaycan büdcədən məhrum oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə büdcədə 1 manat pul yox idi. Bunların səriştəsi bundan ibarətdir”.

Seymur Əliyevскачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur