Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
Dünyada mövcud olan ikili standartlar terror aktlarının törədilməsinə şərait yaradır - Eldəniz Səlimov

Dünyada mövcud olan ikili standartlar terror aktlarının törədilməsinə şərait yaradır - Eldəniz Səlimov

"Bir sıra ölkələrdə baş verən terror aktları dünya xalqlarını təşvişə salıb. Son vaxtlar qardaş ölkədə ardıcıl törədilən terror aktları həm Türkiyə xalqını, həm də Azərbaycan xalqını çox sarsıtdı".

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Deputat qeyd edib ki, Azərbaycan dövləti sülhsevər ölkələrdən biri kimi terroru pisləyərək terrora qarşı dünya xalqlarının birgə mübarizə aparmasını məqsədəuyğun hesab edir: "Dünyada mövcud olan ikili standartlar terror aktlarının törədilməsinə şərait yaradır. Azərbaycan xalqı terrordan əziyyət çəkən ölkələrdən biridir. Mövcud olan ikili standartlar Azərbaycan xalqının terrordan xilas olmasını ləngidir. Azərbaycanın təhlükəsizlik orqanları hadisələrin izlənilməsini, məlumatların düzgün şəkildə və dərhal təhlil olunmasını, xalqın, mühüm infrastrukturların təhlükəsizliyini təmin edir. Ölkəmizdə həyata keçirilən beynəlxalq layihələrin təhlükəsizliyinin təmin olunması da mühüm əhəmiyyət kəsb edir".

Eldəniz Səlimov qeyd edib ki, xalq prezidentin ətrafında sıx birləşəndə kənar qüvvələrin ölkənin daxili işlərinə müdaxiləsi mümkünsüz olur: "Hansı ölkədə xalqla prezident bir yerdədir onların təhlükəsizliyi də möhkəm olur. Möhtərəm Prezidentimiz İlham Əliyev daim ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin edəcəkdir". скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur