Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Tramp Azərbaycandakı səfirini geri çağırır

Tramp Azərbaycandakı səfirini geri çağırır

yüklənir...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası innaqurasiyaya qədər bütün ölkələrdəki səfirlərinin geri çağırılması ilə bağlı sərəncam verib 

Bu barədə The New York Times amerikalı diplomatlıara istinadən belə məlumat yayıb.

Nəşrin yazdığına görə, bu, uzun illər sonra diplomatlara möhlət vermədən istefaya göndərilməsini nəzərdə tutan qərar olacaq. Qərar ancaq Obama tərəfindən təyin edilən səfirlərə şamil olunacaq. Belə ki, XİN-də uzun müddətdir ki, çalışan diplomatlar vəzifələrinin icrasını davam etdirə biləcəklər. 

Diplomatların sözlərinə görə, sərəncamda qeyd edilir ki, bütün səfirlər istisnasız olaraq vəzifələrindən getməlidirlər. Bununla da, Vaşinqton bir neçə aylıq Almaniya, Kanada, Böyük Britaniya kimi vacib ölkələrdə diplomatlarsız qala bilər. 

Qeyd edək ki, qərarın ABŞ-ın Azərbaycandakı səfirinə də şamil olunacağı istisna olunmur. Bütün səfirlərin yanvarın 20-nə kimi geri çağırılması nəzərdə tutulub.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur