Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
“Bordyujanın fikri Rusiyanın mövqeyi demək deyil” - Oqtay Əsədov

“Bordyujanın fikri Rusiyanın mövqeyi demək deyil” - Oqtay Əsədov

yüklənir...
Milli Məclisin iclasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı bəyanatı sərt tənqid olunub.

APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, Ermənistanın Azərbaycanla sərhəddə təxribat törədərək üçüncü ölkəni – Rusiyanı bu münaqişəyə cəlb etmək niyyəti var: "Təxribatın ardınca Bordyujanın Ermənistanı müdafiə edən bəyanatı bir daha təsdiq edir ki, bu adam Ermənistanın bir tütəyidir. Biz məsələ qaldırmalıyıq ki, Ermənistanın ələ aldığı tütək təşkilatın rəhbərliyindən kənarlaşdırılsın. Əks halda, bu, getdikcə bizə problem yaradacaq”.

MM sədri Oqtay Əsədov isə deyib ki, Bordyujanın fikri heç də Rusiyanın mövqeyi demək deyil: "Bordyuja öz fikrini bildirə bilər. Bu gün Bordyujadır baş katib, sabah başqası. Bu, o demək deyil ki, Rusiya onun fikri ilə razılaşır”.

***

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İran rəsmilərinin İsraillə münasibətlərə görə Bakını təhdid etməsi məsələsi qaldırılıb.

APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, İsrail baş nazirinin Bakıya səfərindən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyası cavabsız qalmamalıdır.

O, İran müdafiə nazirinin "Azərbaycanın İsraillə yaxınlaşmasına dözə bilməyəcəyik” bəyanatına cavab olaraq qeyd edib ki, İranın Azərbaycana münasibətdə daha da sərtləşməsi onun özünə problem yaradacaq: "İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək. yerində 5 dövlət yaranacaq”.

Deputatın dediklərinə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz: "İran prezidenti də Ermənistana səfər etdi, məgər biz onlara qarşı bəyanat verdik?! Ona görə də hər kəs bir-birinə qarşılıqlı hörmət etməlidir”. 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur