Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Mənə bir otaq ayırsın, dərs deyəcəm”

“Mənə bir otaq ayırsın, dərs deyəcəm”

yüklənir...

Xalq artisti Röya Ayxan "W-Trio”nun keçmiş solisti Elnarə Xəlilovaya dəstək olub. Məşhur müğənni həmkarının "ATV maqazin onlarla” proqramında tələbə yetiştirmək təklifinə müsbət rəy verib.

R. Ayxan mətbuata açıqlamasında özünü pedoqoq kimi sınayacağını qeyd edib: "Çox gözəl fikirdir və mən Elnarənin yanındayam. Hazırda solo konsertimə hazırlaşıram və buradan ona müraciət edirəm ki, məktəbində mənə bir otaq ayırsın. Mən orada dərs deyəcəm.

Dahi deyiləm, estrada üçün nələrsə edə biləcəmsə, nə yaxşı! Doğurdan da, edərəm. Bəlkə də, tələbələr arasından elə biri çıxacaq ki, çoxdandır arzum olan prodüserlik fəaliyyətinə başlayım?! Bəlkə də, konsert ərəfəsində məktəbə qonaq getdim. Bilmək olmaz”.


Qeyd edək ki, E. Xəlilova musiqi məktəbi açaraq "W-Trio”nun keçmiş solistlərini oraya dəvət etmişdi.


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur