Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Silahı çəkib bloka girirdim” - Brilliant

“Silahı çəkib bloka girirdim” - Brilliant

yüklənir...
"1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gələn kimi birinci məni işdən çıxartdı. Ən çətin dövr idi. Məəttəl qaldım!  Mən də mübarizə aparırdım. Sovetin dövründən mən "Haydi-haydi ər igidlər, birləşin daha”, Şaumyanın, XI Qızıl Ordunun heykəlinin qarşısında "baş kəsənin büstünə bax” demişəm. Bunlara görə Sovet dövründə töhmət almışam.  İndi də AXC birinci məni çıxartdı”. 

Bu sözləri Xalq artisti Brilliant Dadaşova "Hər şey daxil” proqramına qonaq olarkən deyib.  Məşhur müğənni AXC-nin hakimiyyəti dövründə qarşılaşdığı çətinliklərdən söz açıb:

"Televiziyadan 100-150 manat maaş alırdım, çətin vəziyyət idi. Evdə balaca uşağımız var idi. Bu dövrə məni işsiz qoydular. Daha sonra Ulu öndər Heydər Əliyev gəldi və kanalın yeni rəhbərinə tapşırıq verdi ki, AXC kimi işdən çıxarıbsa, geri çağırın. Ağlaya-ağlaya televiziyaya getdim. Açıq danışacam, Türkiyə vətəndaşı olmuşdum, artıq Azərbaycandan köçməyi planlaşdırırdım. Heydər Əliyevdən sonra bu qərardan daşındım”. 

Sənətçi 90-ci illərin əvvəlində üzərində silahla gəzdiyini də etiraf edib: "O dövrdə çantamda silahla gəzirdim. Çünki binanın blokuna silahsız girmək olmazdı. Hər an bizi hər şey gözləyə bilərdi. Silahı çəkib içəri girirdim. Hər addımda qabaqkəsmək, oğurluq, adam öldürmək olurdu”. 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur