Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Briliant Röyanın üzərinə getdi, Röya geri çəkildi:

Briliant Röyanın üzərinə getdi, Röya geri çəkildi: "Xahiş edirəm, bitirək..."

yüklənir...

Müğənni Röya Ayxanla Briliant Dadaşova arasındakı qalmaqal səngimək bilmir. 

Xatırladaq ki, Röya "3D" verilişində Dadaş Dadaşlinskinin Brilliant Dadaşovanın erməni musiqiçinin ifasına super yazmasına aşağıdakı fikri bildirmişdi:

"Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Röyanın bu sözlərinə xalq artisti Briliant Dadaşovanın cavabı isə gecikməyib: "Publikaya oynamaq yaxşı şey deyil. Röya bu mövzunu bilmirsə, deyərdi ki, xəbərim yoxdur. İnsan bilmədiyi məsələ haqda danışmaz. İkincisi, vətənpərvərlik hissləri ilə oynamaq yaxşı deyil. Qarabağ hamımızın yaralı yeridir. Qarabağlı deyiləm, amma azərbaycanlıyam. Qarabağda döyüş bölgələrində dəfələrlə əsgərlərə mənəvi dəstək olmağa çalışmışam. Lazım olan yerdə mübahisə etmişəm.”

Brilyant Dadaşova izləyicilərinə və jurnalistlərə xitabən Müğənni Röya Ayxanın "Millətimi incidən millətə super yazmaram, yaza bilmərəm” sözləri ilə bağlı videoaçıqlama yayıb:

 

 

"Mən həkim olsaydım və düşmən ordusunun əsgərini yanıma gətirsəydilər,onu müalicə edərdim, diplomat olsaydım, müharibə şəraitində olduğumuz dövlətin nümayəndəsi ilə diplomatik söhbət edərdim. Biz musiqiçiyik. Bizim Tərəkəməmizi, Vağzalımızı, oyun havalarımızı, xalq mahnılarımızı kim yüksək səviyyədə təbliğ edirsə, mən ona super deyərəm. Bəlkə də, çox sənət adamının bizim xalq mahnıılarımızdan, mədəni irsimizdən xəbəri yoxdur. Amma mən Süleyman Dadaşovun, Məlik Dadaşovun, Hökumə Nəcəfovanın, Hüseyn Ərəblinskinin ailəsindənəm. Mənim üçün xalq mahnılarımız, milli rəqslərimiz çox dəyərlidir. Bizim ailəmiz 5 şəhid verib. Amma bu başqa söhbətin mövzusudur Bir daha deyirəm: "Qarabağ bizim hamımızın yaralı yeridir”. Xalq artisti müraciətini bu sözlərlə yekunlaşdırıb: Çox məyus oldum, çünki məni görəndə: "sənətkarımsan”,- deyən bir insandan bu cür hərəkəti, belə sözləri heç gözləmirdim. Çox sağ olun, minnətdaram sizə.”

 

Xalq artisti Röya Ayxan isə Brilliant Dadaşova ilə aralarında yaranan incikliyə son qoymaq istədiyini bildirib:

"Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğurdan da, mənim fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi ilə onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!"


Sfera.az 

 

 

 

 


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur