Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
“Nərgizin toyundan 1 ay sonra evləndik”

“Nərgizin toyundan 1 ay sonra evləndik”

yüklənir...

"Heç bir aparıcının xətrinə dəyməsin. Mən digərlərindən fərqli olaraq efirə əlimdə kağız heç vaxt çıxmamışam. Bu, yaxşı yaddaşla bağlıdır. Orta məktəbdə oxuduğum şeirləri indi əzbər deyirəm. Ən uzun mətni 2000-ci ilin sonunda efirdə demişəm. Prezident Aparatından gələn böyük bir mətni oxumaq lazım idi. 1 saat 45 dəqiqə dayanmadan efirdən mətn oxudum. Daha sonra 50 dəqiqə Xəbərlər proqramını apardım”.

Bu sözləri Əməkdar artist Nailə İslamzadə "Fatehin divanı” proqramında deyib.

Tanınmış diktor proqramda efir həyatından danışıb. O, daha sonra "Əməkdar artist” fəxri adını aldığı günü xatırlayıb: "Çox qəribə bir hadisə olmuşdu. Ad günüm ərəfəsində Azərbaycan Dövlət Televiziyasında suflöra təzə keçmişdik. Xəzərlər proqramının yayımına az vaxt qalmışdı. Çox əsəbi bir halda baş redaktorun otağına keçib dedim ki, 15 dəqiqə qalıb, mətn hazır deyil. O da mənə "təbrik edirəm” cavabını verdi. Söylədim ki, heç ad günü təbrikinin yeridi? Bir dəfə təbrik etmisiz. Daha sonra açıqladı ki, Əməkdar artist olmuşam. Ən gözəl ad günü hədiyyəsi oldu. Məcbur efirdə adımı özüm oxudum, utandığımdan başımı qaldırmadım”.

 

N. İslamzadə efirdə ilk dəfə həyat yoldaşının fotosunu göstərib və sözügedən şəklin tarixçəsindən söz açıb: "Şəkil aparıcı Nərgiz Cəlilovanın toyunda çəkilib. Yeni il çəkilişindən çıxıb toya gəlmişdim. Məclis dekabrın 14-də baş tutmuşdu. Bundan 1 ay sonra bizim toyumuz oldu”.

58 yaşlı aparıcı ad günlərində həyat yoldaşı tərəfindən xüsusi diqqət görmədiyini qeyd edib: "Həyat yoldaşım ad günümdə məni adi təbrik edir. Qeyri-adi bir şey olmur. Evlənməzdən əvvəl ad günümdə Moskvadan böyük bir qutu gətirmiş və bir böyük gül hədiyyə etmişdi. Ondan sonra böyük gül dəstəsi hədiyyə etməyib”.

 

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur