Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Toyunu etdim, ona ev-maşın verdim”

“Toyunu etdim, ona ev-maşın verdim”

yüklənir...

"İki bacı, bir qardaşıq. Turalı mən böyütmüşəm. Çox sadə və tərbiyəli oğlandır. Əsgərlikdə olanda anam ancaq ona kitab aparırdı. Özü Azərbaycan Dillər Universitetini bitirib. Amma o, işləmir”.

Bu sözləri müğənni Xatirə İslam "5-də 5” proqramında qonaq olarkən deyib. Onunla birgə verilişdə bloqqerlik edən qardaşı Turalla xanımı Zümrüd də iştirak edib. Sənətçi qardaşına toy etdiyini, ev-maşın aldığını bildirib:

"Turalın toyunu mən etdim, ancaq gəlinin qızıllarını anam aldı. Qızıldan başqa hər şey aldım. Onların evini də mən almışam. "Maşın” şouda udduğum maşını qardaşıma hədiyyə etmişəm”. 

 

Sənətçi daha sonra sosial şəbəkələrdə Zümrüd və Turala görə tənqid olunduğunu qeyd edib: 

"Deməli, instaqramda şəkil paylaşıram. Fotoda qardaşım, xanımı və mən oluram, mərkəzdə özüm dururam. Yazırlar ki, onların arasından çıx da... Mən yazıq heç bunları görmürəm, toydan sonra 3-4 dəfə görüşmüşük. Elə yazırlar ki, guya onlara əziyyət verirəm. Onları ayırmıram, ikisini də çox istəyirəm”.

 


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur