Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...

"Dövlət büdcəsindən bir qəpik də “yeməmişəm”

yüklənir...

"Mənim haqqımda sosial şəbəkələrdə tənqidi fikirlər söyləyirlər”. Bu sözləri Xalq artisti Murad Dadaşov "Popumuz var” yutub layihəsinə qonaq olarkən deyib.

Məşhur aparıcı tez-tez sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib:

"Bir ara gecələr yata bilmirdim. Deyirdim ki, insanlar mənim haqqımda niyə bu fikirdədirlər? Elə bir sahədən gəlmişəm ki, dövlət büdcəsindən bir qəpik də "yeməmişəm”. Kiminsə haqqına girməmişəm. Öz yerimdəyəm. Axı mənə niyə belə sözlər deyirlər? İndi isə tamam fərqlidir. Dünyanın pulunu qazanmış insanları görürəm. Hər şeyləri var. Amma mən o həyatı yaşamaq istəmirəm. Onlar elə qurbanlar verirlər ki… Özüm ailəmə, dostlarıma bağlı insanam. Bununla yaşayıram. O adamlar çox soyuq olurlar”.

 

M. Dadaşov verilişdə qeyd edib ki, Azərbaycanda müxalifət yoxdur: "Mən həm müxalifət, həm də iqtidarla əlaqədəyəm. Müəyyən anlarda danışıqlarda körpü də oluram. İqtidar aləminin üzvlərinə deyirəm ki, filankəslər fərqlənir. Hamını eyni xəncərlə kəsmək olmaz. O insanın mövqeyi Azərbaycana, hakimiyyətə qarşı deyil. Özbaşınalığa qarşıdır. Eyni zamanda, müxalifətçilərə həmişə deyirəm ki, belə etmək olmaz. Popurist fikirləri ilə özlərini hörmətdən salırlar. Ona görə də, ciddi müxalifət yoxdur. Cəmiyyət, hakimiyyət üçün müxalifətin olmamağı pis şeydir. Biz bunu oturub müzakirə edirik, sivil cəmiyyət yaratmaq istəyirik. Hamı istəyir ki, hər şey yaxşı olsun”. 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur