Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Pərvin Abıyevadan ETİRAF: “Nişanımı qaytardım, çünki...”

Pərvin Abıyevadan ETİRAF: “Nişanımı qaytardım, çünki...”

yüklənir...

"17 yaşında nişanlı olmuşam. 19 yaşımda toyum olacaqdı. Amma alınmadı”.

 Bunu aktrisa Pərvin Abıyeva "Sənətsevər” verilişində deyib. O, şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. "Əvvəllər mənə desəydilər ki, "Tanınmış aktrisa olacaqsan” inanmazdım. Çünki 17 yaşında nişanlı olmuşam. 19 yaşımda toyum olacaqdı. Bu münasibət ailəmin istəyi ilə qurulmuşdu. Ən çox da anam istəyirdi ki, həmin şəxslə ailə qurum. Amma alınmadı".

 

 

Pərvin nişanlısından ayrılma səbəbini belə açıqlayıb: "Sonradan öyrəndim ki, həmin şəxs həm nişanlı, həm də evli olub. Məndən əvvəl həyatında nə qədər qadın var imiş. Buna görə də ailə qurmaq alınmadı. Düşünürdüm ki, bununla adım çıxıb, hamı bilir. Bədbəxt olsam belə, onunla ailə qurmağı düşünürdüm. Elə oldu ki, işə girdim, dedim dünyagörüşüm artsın. O günə qədər evdə otururdum, evdarlıq edirdim. Heç kim inanmaz ki, mən hətta inək də sağa bilirəm. Birdən gözüm açıldı və dünyanı gördüm. Dedim ki, bununla bədbəxt olacamsa, onsuz olum. Həmin münasibətdə o qədər əsəbiləşirdim ki, məndə nevroz xəstəliyi yarandı”.

 

 

Aktrisa hazırda həyatında biri olduğunu da etiraf edib: "Gözəllik xəstəsiyəm, fərqi yoxdur, qız, ya oğlan. Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Mən də bu şüarla yaşayıram. Həmişə gələcəyimə baxıram. Sevgi qadınıyam, özümü sevgisiz təsəvvür etmirəm. Həyatımda biri var. Onu uzun müddətdir sevirəm”.
 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur