Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Damarların 4 əsas düşməni açıqlandı

Damarların 4 əsas düşməni açıqlandı

yüklənir...

Münhen şəhərinin Texniki Universitetinin Profilaktika və İdman tibbi Mərkəzinin direktoru Martin Qalle insan bədənində olan qan damarlarının dörd əsas düşmənini açıqlayıb.

Mütəxəssis bunları qeyd edib: siqaret çəkmək, qanda şəkərin yüksək səviyyədə olması, yüksək xolesterin, yüksək arterial təzyiq.

Alman professor izah edib ki, nikotin qəbulu zamanı damarlar sıxılır və bədənin bəzi nahiyələrinə qan gedib çatmır. Bu, qısamüddətli effekt olsa da, siqaret çəkmək insan orqanizminə yetərincə zərər vurur.

 

Şirniyyatın həddindən artıq çox yeyilməsi də zərərlidir. Alman mütəxəssis şirniyyatın damaların qoruyucu qatını məhv etdiyini qeyd edib.

Xolesterinin də yüksək dərəcədə olması təhlükəlidir. Bu, orqanik birləşmənin əmələyə gətirdiyi "piləkciklər” arteriyaları tıxayır, onları kövrək və qeyri-elastik edir.

Yüksək təzyiq zamanı da damarlara çətin olur. Bu halda qan onların sədlərini sıxmağa başlayır, bu isə damarların partlamasına gətirib çıxara bilər.

Damaların möhkəmləndirilməsi və onların sağlamlığının dəstəklənməsi üçün alman professor çoxlu tərəvəz, eləcə də yağ turşuları ilə zəngin yeməklər yemək, həftədə iki dəfədən az olmamaq şərti ilə təmiz havada gəzmək və çəkini nəzarətdə saxlamağı tövsiyə edir. Bir sözlə, sağlam həyat tərzi sürmək.


 

 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur