Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Qırmızı şərab artıq çəki ilə mübarizədə faydalı imiş

Qırmızı şərab artıq çəki ilə mübarizədə faydalı imiş

yüklənir...

Qırmızı şərabın normal dozada istifadəsi bağırsaq mikroflorasına müsbət təsir edir, xolesterinin səviyyəsini aşağı salır və hətta bədən çəkisinə təsir göstərir. Bunu London Kral Kollecinin əməkdaşlarının yeni araşdırması üzə çıxarıb.

Araşdırma gedişatında pivənin, sidrin, qırmızı və ağ şərabın bağırsağa olan təsiri yoxlanılıb. İnsan orqanizmi üçün yalnız qırmızı şərabın faydalı olması məlum olub. O, təhlükəli xolesterinin səviyyəsini aşağı salır və piylənmə riskini azaldır.

 

Elmi işin müəllifi həkim Kerolayn Le Royun sözlərinə görə, qırmızı şərabın normal dozada istifadəsi bağırsaq mikroflorasının müxtəlifliyinə və sağlamlığına təsir göstərir.  

Aparılan eksperimentin iştirakçıları fərqli çəkiyə, cinsə, yaşa, qidalanma rejiminə malik olsalar da, qırmızı şərabın normal dozada istifadəsinin faydası bütün hallarda qeydə alınıb. Tibb mütəxəssisləri şərabın sağlamlığa yaxşı təsir göstərməsi üçün ondan iki həftədə bir dəfə - 1-2 bakal istifadə etməyi məsləhət görüb.


 

 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur