Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Damarları təmizləyən UNİKAL VASİTƏ: Sarımsaqlı su

Damarları təmizləyən UNİKAL VASİTƏ: Sarımsaqlı su

yüklənir...

Sarımsaq damarları xolesteroldan təmizləyən ən effektli təbii vasitədir. Bunu onlarla müxtəlif ölk’lərdə aparılan elmi araşdırmalar təsdiq edib.

 

Xolesterol (yağa oxşayan maddə) damarların daxilində yığılaraq damarları zəif və kövrək edir, daraldır, trombların əmələ gəlməsinə səbəb olur. Nəticədə bu ürək xəstəliklərinə, infarkt və insulta gətirib çıxarda bilər.

Sarımsağın tərkibində olan nadir allisin maddəsi damarları xolesteroldan təmizləyir, onların sağlamlığını və cavanlığını qoruyur.

 

Rusiyalı fitoterapevt Konstantin Makarovun damarları xolesteroldan təmizləyən sarımsaqlı suyun reseptini  təqdim edirik.

 

Tərkib:

 

- 1 iri baş sarımsaq

- 1 stəkan su

 

Hazırlanması:

 

Sarımsağı təmizləyin, əzin, üzərinə soyuq qaynanmış su tökün, 1 həftə sərin yerdə saxlayın (vaxtaşırı olaraq qarışdırın). 1 həftədən sonra məhlulu yaxşı süzün və sonra qapağı kip bağlı bankada soyuducuda saxlayın.

 

İstifadəsi:

 

Hər gün səhər 1 çay qaşığı için. Müalicə kursu - 1,5 ay. Daha sonra 1,5 ay fasilə verin və müalicəni təkrarlayın. Belə müalicə kurslarını daim etmək olar.

Sarımsaqlı su damarları təmizləməklə yanaşı, həmçinin, immun sistemini möhkəmləndirir, orqanizmdə iltihabı azaldır, qurdqovucu təsir edir, xərçəngdən qoruyur.

 

Diqqət! Mədə və 12 barmaq bağırsağı xorası, qastrit, öd daşı xəstəliyi, pankreatit zamanı sarımsaqlı suyun qəbulu qadağandır.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur