Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Sabahın havası: yağış, külək...

Sabahın havası: yağış, külək...

yüklənir...
Azərbaycanda sürücülərə "Fərqlənmə Nişanı" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC vasitəsilə veriləcək.

Bu barədə  Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərarına uyğun olaraq şəhərlərarası sərnişin daşınmasında məhdudiyyət tətbiq edilir:

"Həmçinin, DANX-ın ölkə üzrə 11 regional şöbəsinin mövcud olduğuna görə, sürücülərin "Fərqlənmə Nişanı" əldə etmək məqsədilə həmin regional şöbələrə getməməsi üçün biz prosesi asanlaşdırırıq. "Sürücülər yaşadıqları, qeydiyyatda olduqları ərazi üzrə ən yaxın "Azərpoçt”un mərkəzi filialına yaxınlaşa bilərlər. Orada "Fərqlənmə Nişanı"nın əldə edilməsi region üzrə 9 AZN, böyük şəhərlər üzrə isə 13,5 AZN məbləğində vergini ödədikdən sonra sürücülər barədə məlumat "icaze.e-gov.az” portalına DANX tərəfindən yerləşdiriləcək.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız "Fərqlənmə Nişanı" olan taksilərlə sərnişin daşınmasına icazə veriləcək.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur