Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Bu şəxslər doktoranturaya qəbul imtahanından azad ediləcəklər

Bu şəxslər doktoranturaya qəbul imtahanından azad ediləcəklər

yüklənir...
Xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar isə dil üzrə qəbul imtahanından azad ediləcək

Doktoranturaya qəbul zamanı xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar dil üzrə qəbul imtahanından azad ediləcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bu ilin oktyabrında "Doktoranturaların yaradılması və doktoranturaya qəbul" qaydalarında dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş formada xarici dil imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə təhsil və elmi müəssisələrində keçirilməsi nəzərdə tutulub: "Xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar isə dil üzrə qəbul imtahanından azad ediləcək. Düşünürəm ki, bu dəyişiklik çox vacibdir, çünki xarici dil bacarıqları olmadan elmi bazalara çıxış, yeni nailiyyətlərdən bəhrələnmək mümkün deyil".
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur