Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Rayonlara qar yağacaq

Rayonlara qar yağacaq

yüklənir...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 noyabrda gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur