Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Azərbaycanda məmur-qudalar dövrü də bitir...

Azərbaycanda məmur-qudalar dövrü də bitir...

yüklənir...
Azərbaycanda 2000-ci illərin ortalarından etibarən iri vəzifəlillərin bir-biri ilə quda olması adi hal almışdı. Son zamanlar hökumətdə yüksək post tutan bir sıra şəxslərin "vurulması" ilə xeyli məmur-quda da işsiz qalmış oldu. Bir sözlə, məmur-qudalıqlar da artıq tarixə çevrilir. 

Bu yazıda həmin mövzunu araşdırıb. 

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin qızı ilə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu evlidir. Hazırda Hacıyev həbsdə, Mahmudov isə vəzifəsizdir. 

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov isə kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir. İndi Z.Məmmədov işsiz olsa da, H.Əsədov karyerasındakı son yüksək vəzifələrlə (Hesablama Palatasının sədri, kənd təsərrüfatı naziri) müqayisədə daha aşağı post tutur. O, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. 


Anar Məmmədov-Fəridə Məmmədova

Sabiq Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla "Azərenerji” ASC-nin keçmiş sədri Etibar Pirverdiyev qudadır. Belə ki, sabiq nazirin oğlu Eldar Abbasov Pirverdiyevin qızı Dünya Pirverdi ilə evlidir. Abbasov pedaqoji fəaliyyətlə məşğuldur, Pirverdiyev isə ümumiyyətlə işsizdir. 


Eldar Abbasov-Dünya Pirverdi

Ötən il vəzifəsindən çıxarılan baş nazirin müavini, yazıçı Elçin Əfəndiyev sabiq eks-spiker Rəsul Quliyev qohum-qudadırlar. Hazırda onların hər ikisi vəzifəsizdir.  

Bununla belə, iqtidar komandasında bəzi məmur-qudalar hələ də qalır. Məsələn, Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə evlidir.


Cuma Əhmədzadə-Günel Rüstəmova

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Milli Məclisin deputatı Qalib Salahzadə ilə qudadır. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib. Elçin Quliyevin digər qudası isə bu yaxınlarda vəzifədən təqaüdə göndərilən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur. Xidmət rəisinin qızı sabiq vitse-premyerin nəvəsi ilə ailə həyatı qurub. Onların qudalığı qalsa da, Ə.Həsənov artıq vəzifə sahibi olmadığından məmur-quda sayılmırlar... 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur