Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Biznesmen deputatın sonunu gətirən səbəblər

Biznesmen deputatın sonunu gətirən səbəblər

yüklənir...

Deputat İqbal Məmmədova məxsus "Lerik Relax” istirahət mərkəzində insident yaşanıb. Daha dəqiqi, deputatın yaxın qohumları əraziyə gələn vergi və polis işçilərinə zor tətbiq ediblər.

Bəli, məhz deputata məxsus obyektdə. Bəlkə də sənəd üzərində həmin biznes obyektinin Milli Məclis üzvünə məsuliyyət yaradan aidiyyəti yoxdur. Ola bilər ki, İ.Məmmədov deputat seçiləndən sonra "deputat biznes fəaliyyəti ilə məşğul ola bilməz” tələbinə uyğun olaraq, biznesini bir yaxın adamın adına transfer edib, özü ödənişsiz "əsaslarla” təsisçi kimi qalıb. Bu, bir xeyli də mübahisə doğuran vəziyyətdir. O baxımdan ki, bir şəxs illərlə bizneslə məşğul olub, sonra deputat olmaq arzusu baş qaldıranda, təbii ki, biznesini, pul-parasını aparıb hansısa yetimə təhvil vermir və məntiqlə də bu, mümkün görünmür.

Ümumiyyətlə, bununla bağlı hətta Amerikada da dolaşıq vəziyyətdir. Məsələn, ABŞ-ın hazırkı prezidenti Donald Tramp bu görəvdən əvvəl dünyaca məşhur biznesmen idi. O, heç şübhəsiz ki, prezident olandan sonra bizneslə de-yure məşğul olmur və biznesini kimsə inandığı bir adama təhvil verib, o idarə edir.

Amma qətiyyən inandırıcı deyil ki, Tramp prezident səlahiyyətlərindən təhvil verdiyi biznesinin çiçəklənməsi, ora vergi əməkdaşlarının, digər yoxlayıcıların gəlməməsi üçün sui-istifadə etsin. Yəni Tramp ona görə prezident olmayıb ki, biznesini qorusun, genişləndirsin.

Azərbaycanda bu məsələlərdə problem ondadır ki, İqbal Məmmədov kimi biznesmenlər deputat mandatını xalqa xidmət üçün deyil, öz bizneslərini genişləndirmək, qorumaq, müəyyən qurumlara, rəqib sahibkarlara "xox gəlmək” uçun əldə etməyi norma kimi qəbul edirlər.

Azərbaycanda turizmə əngəl törədən faktorlardan biri də məhz budur: Ölkədə xeyli sayda turizm obyektlərinin sahibi deputatlardır və onlar faktiki olaraq monopoliya yaradıblar; sağlam rəqabətə, mandatı, vəzifəsi, arxası olmayan sahibkarların o ətraflarda bir iş görməsinə imkan vermirlər. İstirahət mərkəzlərində də elə fantastik qiymət siyasəti həyata keçirirlər ki, ora bir dəfə gedən turist ikinci dəfə getməz.

İlk növbədə bəlli olan odur ki, mandat daşıyan, iqtidardan qidalanan bu adamlar dövlətə, inkişaf etməkdə olan turizmə zərrə qədər fayda vermək haqqında ümumiyyətlə düşünmürlər. Onların məqsədi ancaq mandatdan, imtiyazlardan yararlanaraq, səlahiyyətlərindən sui-istifadə edərək öz qazanclarını artırmaqdır. Bunun üçün hətta dövlətin yerli strukturlarının fəaliyyətinə də əngəl törədir, müdaxilə edir, mane olur, bəzən turistlərə tətbiq etdikləri hozu qaydalarını onlara da şamil edirlər.

"Lerik Relax”a vergi əməkdaşları yoxlama aparmağa gələndə onların oradan döyülüb qovulmasının bir səbəbi var, o da obyektin arxasında İqbal Məmmədovun dayanmasıdır. Heç şübhəsiz, oranı idarə edən qohum-qardaşı, ailə üzvləri də məhz ona güvənərək məlum hadisəni törədiblər. Əgər İqbal Məmmədov obyektini işlədənlərə tapşırmış olsaydı ki, burada hozuluq etməyin, gələn-gedənlə mədəni davranın, onlar başqa cür etməzdilər. Adamların gözünü pul elə örtüb ki, göstərdikləri bu davranışın acı nəticələrini, dövlətin maraqlarına, qidalandıqları iqtidara ziyan gətirə biləcəyini vecə almırlar.

Baxın, iki gündür sosial şəbəkələrdə xeyli sayda müxalif insan deputat İqbal Məmmədovun obyektində baş verən insidentdən iqtidara qarşı istifadə etməyə çalışır. Sadə insanlar arasında da belə düşünənlərin olması mümkündür ki, hökumət İ.Məmmədova bu şəraiti yaradıb deyə, qohumları qoçuluq edir...

Hansı ki, bu cənab deputat hansısa anormallar, "söyüş müxalifəti” Azərbaycan, onun iqtidarı haqqında hədyanlar yağdıranda səsini çıxarıb cavab verənlərdən olmayıb. Ancaq özünü düşünüb ki, birdən səsini çıxarar, bunu da söyərlər. Eləcə pul qazanıb. Susması bir yana, indi bu adamın qohum-əqrabası məlum olayı törətməklə, radikalların iqtidara qarşı istifadə etməsi üçün bəhanə, şans vermiş olub. Hətta kimsə onu da iddia edə bilər ki, bunu məqsədli şəkildə edib...

Bu adamın adı indiyədək heç bir xeyriyyəçilik etməsi, hökumətə dəstək olaraq hansısa məktəbi təmir etdirməsi, hansısa yetimi himayəyə götürməsi haqda da bir bilgiyə rast gəlinmir. İnternet resurslarında axtarış verəndə də adı ancaq qalmaqallarda hallanır. Eləcə, "yağ yeyib yaxada gəzib”, özü üçün pul qazanıb. Əvəzində hökumətə belə zərbələr vurur, ortaya pis nümunələr qoyur.

Əlbəttə, bu adamın qohumlarının törətdiyi cinayətə dövlət rəhbərliyi çox sərt reaksiya verib. Artıq deputatın oğlu da daxil olmaqla, hadisəni törədənlərdən 6-sı saxlanılıb, cinayət məsuliyyətinə cəlb edilib. Təbii, cəza çox sərt olacaq, çünki deputatın və qohumlarının etdikləri cinayət hadisəsi olmaqla yanaşı, həm də xəyanətə bərabər əməldir...

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur