Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
ARB-nin əməkdaşı iki övladını itirdi

ARB-nin əməkdaşı iki övladını itirdi

yüklənir...
ARB-nin "Show News" proqramının müxbiri Elyar Sadıqovun yeni doğulmuş körpələri vəfat edib.

Telejurnalist bu barədə sosial media hesabında yazıb. 

Elyar Sadıqov bildirib ki, avqustun 12-dən 13-nə keçən keçən gecə Respublika Perinatal Mərkəzində dünyaya gələn üçəmlərdən ikisinin ömrü yarım gün sürüb.

"Həyat o qədər acımasız, o qədər qəddardır ki, bəzən nifrətim həyata olan sevgimi üstələyir! Axı niyə sınaqlar bitmir?! Valideyin sınağına çəkdin, dözdüm! Dözməliydim! Ayaqda durmaq üçün! Övlad sınağı çox olmadımı?! Deyirlər hər işdə bir xeyir var. Bəs mənim xeyrim nədir?! Amma bu sınaqdan da keçəcəm! Artıq ürəyim daşlaşıb! Hər cür sınaqlar, çətinliklər gördüm! Amma yenə yıxılmayacam! Ayaqda dik duracam! Sınaqlarındır məni gücləndirən! Sınmayacam! Buna əmin ol! Çünki sən, yeri-göyü yaradansan!" deyə jurnalist qeyd edib.

Qeyd edək ki, Elyar Sadıqov əvvəllər ANS, Muz TV, Xəzər TV və ATV kanallarında çalışıb.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur