Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Məktəb direktoru işdən çıxarıldı

Məktəb direktoru işdən çıxarıldı

yüklənir...
Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

Məktəb direktorunun işdən azad olunmasına səbəb vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsidir.

Məlum olub ki, 1 nömrəli tam orta məktəbdə direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrinə müəllimlər də məcburi şəkildə cəlb edilib.

Bununla yanaşı, məktəbdən dəfələrlə şəhər hüquq-mühafizə orqanlarına, o cümlədən şəhər Təhsil şöbəsinə şikayətlər daxil olub.

Təhsil müəssisəsində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur