Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
İcra başçısı gecəyarısı yanan əraziyə gəldi - Foto

İcra başçısı gecəyarısı yanan əraziyə gəldi - Foto

yüklənir...

Xəbər verdiyimiz kimi, ötən gecə Şamaxının Çöl Göylər kəndində taxıl zəmilərində yanğın baş verib.

Gecə saatlarında Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov hadisə yerinə gəlib. İcra başçısı fermerlərlə və kənd sakinləri ilə görüş keçirib. Həmçinin T.Məmmədov kənd sakinlərinin əraziyə keçməməsi üçün tapşırıq verib. O, yanğın söndürülənə kimi ərazidə olub. 

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də  gecə saatlarında yanğın baş verən ərazidə olublar. 

 

Qeyd edək ki, yanğın əvvəl otlaq sahəsində  baş verib. Daha sonra isə  biçilməmiş taxıl zəmilərinə keçib. Kənd sakinlərinin sözlərinə görə, 1000 hektar taxıl sahəsi yanıb.  Bunun da 100-150 hektarı biçilməmiş taxıl sahəsinin payına düşür. 

Yanğın baş verən ərazi kənd  ərazisinə yaxın olduğu üçün bir nəfər kənd sakininin minik avtomobili yanaraq yararsız vəziyyətə düşüb. Yanğının kəndlərə və meşə sahəsinin keçməsinin qarşısı alınıb və səhər saat 6 radələrində tam söndürülüb. 


 


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur