Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Baş direktor dünənki zəlzələdən danışdı

Baş direktor dünənki zəlzələdən danışdı

yüklənir...

"Bu zəif zəlzələ deyil.  Demək olar ki, orta güclü zəlzələdir. Və dünənki avtoşokdan sonra Rixter cədcəli üzrə 3,7 bal  gücündə zəlzələlər qeydə alınıb”

Bunu  açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin  baş direktoru Qurban Yetirmişli deyib. O əlavə edib ki, yerdə qalan zəif təkanları isə əhali hiss etməyib:

"Ümumilikdə  60-dan çox avtoşoklar qeydə alınıb. Əsas birinci təkan zamanı güclü enerji ayrılması baş verib. Qeyd edim ki, həmin ocaqda maqnitudası 5,1 və ya ondan yuxarı olan zəlzələ olması ehtimalı yoxdur.  Orada Lerik sərhədində   aktiv dərinlik qırılması var. Elə vaxtlar olur ki, 1 il ərzində 150-200 zəif təkan olur. İlin əvvəlindən əməkdaşlarımız fiziki tədqiqatlar aparır.  Müəyyən olunmuşdu ki, orada gərginlik toplanması var. Ancaq gərginliyin çox olduğunu   əvvəlcədən demək qeyri-mümkündür. İnsanlar  üçün panika yaranmaması üçün bunu demirdik.  

 

Bizim əməkdaşlarmız da hadisə yerinə gediblər. Hansı zonalarda zəlzələnin gücünün nə qədər olduğunu müəyyən edəcəklər”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur