Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Azərbaycan Xalça Muzeyi xanım jurnalistlər üçün mediatur təşkil etdi - Fotolar

Azərbaycan Xalça Muzeyi xanım jurnalistlər üçün mediatur təşkil etdi - Fotolar

yüklənir...

Azərbaycan Xalça Muzeyində "8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə xanım jurnalistlər üçün mediatur təşkil olunub. Tədbirdə ölkənin müxtəlif media orqanlarını təmsil edən qadın jurnalistlər iştirak ediblər.

"Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova media nümayəndlərini salamlayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Şirin Məlikova bu görüşün muzeyin fəaliyyəti dövründə ilk mediatur olduğunu diqqətə çatdırıb. O, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə muzeyin hazırkı binasının açılşının muzeyin həyatında çox əlamətdar bir hadisə olduğunu xatırladıb. "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib” - deyə muzeyin direktoru bildirib. Dövlətimizin muzeylərə qayğı və diqqətindən söz açaraq, Şirin Məlikova Xalça Muzeyinin fəaliyyəti, burada görülən işlər haqqında qısa məlumat verib. O, muzeyin 2017-ci ildə 50 illik yubileyinin qeyd olunduğunu və bununla bağlı bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlərin təşklil olunduğunu nəzərə çatdırıb. Ş.Məlikova dedi ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyasında bənzərsiz gözəlliyə məxsus, zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını əks etdirən xovlu və xovsuz xalçaların nadir nümunələri saxlanılır. Muzey tərəfindən xaricdən alınıb Vətənə gətirilən qiymətli və nadir Azərbaycan xalçalarının muzeyin kolleksiyasında xüsusi yer tutduğunu vurğuladı. Muzeyin direktoru bu istiqamətdə işlərin davam etdiriləcəyini də bildirib. Xanım jurnalistləri qarşıdan gələn "8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edən Şirin Məlikova onlara muzeyin fəaliyyəti ilə bağlı məlumatların ölkə mediasında işıqlandırılmasında göstərdikləri əməyə görə minnətdarlığını bildirib.

Sonra muzeyin mətbuat katibi Zeynab Kazımovanın bələdçiliyi ilə mediatura start verilib. Daha sonra muzeyin peşəkar bələdçiləri tərəfindən jurnalistlərə muzeyin ekspozisiyasında nümayiş olunan xovlu və xovsuz xalçalar, tikmələr, zərgərlik məmulatları, mis qablar, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif eksponatlar və digər muzey eksponatları təqdim olunub, hər bir eksponat, xalça nümunəsi haqqında geniş məlumat verilib. Media nümayəndələri muzeyin tarixi və fəaliyyəti haqqında geniş şəkildə məlumatlandırılıblar. Bununla yanaşı, media nümayəndələrinin övladları "Uşaq muzeyi” şöbəsi tərəfindən hazırlanan "8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr edilmiş "Analar və balalar - Ailə günü” çərçivəsində maraqlı proqrama qoşulublar.

 






скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur