Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Sabah Bakıda 21 dərəcə isti olacaq

Sabah Bakıda 21 dərəcə isti olacaq

yüklənir...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. 
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.  

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur