Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Zoologiya İnstititu ANS-dən əl çəkdi

Zoologiya İnstititu ANS-dən əl çəkdi

yüklənir...

AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov dəfələrlə Modern.az-aaçıqlamasında ANS-in avadanlıqları ilə bağlı məsələdə qeyri-müəyyənlik olduğunu və şirkətin binadan əmlakını çıxarmadığını bildirib.  Hətta institut direktoru açıqlamasında avadanlıqların köçürülməsi üçün ANS-ə yer təklif etdiyini də söyləyib.

Lakin bəzən sosial şəbəkələrdə Zoologiya İnstitunun  düzgün informasiya vermədiyi ətrafında müzakilərin şahidi oluruq.

Maraqlıdır, səsləndirilən fikirlər reallığı əks etdirirmi? Ümumiyyətlə ANS-in əmlak problemi necə həll ediləcək?

Məsələ ilə bağlı AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a açıqlama verib:


"Belə bir mahnı sözü var:


Bu azad, bu gözəl, bu şən vətəndə, 
Səni sevəcəyəm sən sevməsən də.


İndi biz yavaş-yavaş ANS-i sevməyə başlayırıq və artıq mazoxist olmuşuq. Yəni onlar bizə əzab verdikcə, sevgimiz artır.  Poeziyada da belə bir şey var: "Gecələr əğyar ilə gəl ki, əzab çəkim və səni daha çox istəyim”. Biz artıq bezdik, yorulduq. Ona görə də öz işimizlə məşğuluq. Nə vaxt yolları açılar, gəlib  öz "cehiz”lərini buradan götürüb gedərlər.  Bu, bizim  işimiz deyil. Bu, hüquq-mühafizə orqanlarının, aidiyyatı qurumların işidir. Biz əllərimizin yaxalarda qalmasını yox, öz missiyamızı yerinə yetirmək istəyirik. Belə  cəngəlli işlərdən, məhkəmədən uzağıq.  Yəni taleyimizlə razılaşmışıq”.

E.Yusifov qeyd edib ki, əmlakla bağlı məsələdə hər hansı irəliləyiş yoxdur:

"Yük elə həmin yerdədir, qapılar möhürlüdür. İnanırsız, biz öz fəaliyyətlərimizi yerinə yetirə bilmirik. Biz tətbiqi zoologiya mərkəzi yaratmışıq. Bunun üçün bizə otaqlar , dərs zalı lazımdır. Qarşı tərəf də əmlakını götürə bilmir, ya yerləri yoxdur, ya da düşünürlər ki, fəaliyyətləri nə vaxtsa bərpa olunacaq.

Əgər iş məhkəməlikdirsə, biz məhkəməyə vermirik, onlar versinlər. Biz  bir məhkəmədən güclə canımızı qurtarmışıq. Belə bir məsəl var: İlan vuran ala çatıdan qorxar. Bir məhkəmədən gözümüz elə qorxub ki, ona görə kimisə yenidən məhkəməyə vermək istəmirik. Bu, uzundərə bir  şeydir. Məhkəməyə verəcəyik, bir gün  sənədlə tanış olacaqlar, poeziya buketi, nəğmə çələngi və.s.  Yəni proses uzanacaq. Həm vəsaitimiz, həm vaxtımız, həm də enerjimiz gedəcək. Məsələ qoy belə qalsın, artıq alışmışıq”.

 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur