Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

yüklənir...

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 9-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36°, dağlarda gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur