Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
Xəbər Lenti
İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi? - Yeni təfərrüatlar...

İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi? - Yeni təfərrüatlar...

Tikintisi 13 il davam edən və ötən ilin son günlərində "Ağ şəhər” deyilən ərazinin yaxınlığında istifadəyə verilən "Deputatlar binası”nda mənzili olanlar sırasında daha iki tanınmış şəxsin, iki eks-deputatın adı məlum olub.
Bunlar ikinci çağırış parlamentin üzvü olan sabiq millət vəkilləri – İTV-nin keçmiş şefi İsmayıl Ömərov və onun yaxın dostu, Ali Məhkəmənin hakimi İlqar Qılıcovdur.
Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, həmin şəxslər də 2003-cü ildə tikintisinə başlanın "Deputatlar binası”nda mənzil növbəsinə dayanıblar.
Ancaq indi onların yeni mənzillərdə yaşayıb-yaşamayacaqları tam dəqiq deyil.
Yəni, həmin binanı tikən "KAT Ltd” tərəfindən bir çox sabiq və indiki deputatlar ayrı-ayrı yerlərdə tikilmiş "göydələn”lərdə mənzillə təmin olunublar.
Bu səbəbdən adıçəkilən sabiq deputatların həmin binadakı mənzillərinə sahiblənib-sahiblənməyəcəkləri tam dəqiq deyil.
Bu arada – yeri gəlimişkən, sabiq deputatlardan Əliməmməd Nuriyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin həmin binadan mənzil alması faktı özünün təsdiqini tapmayıb.
Belə ki, Ə. Nuriyev özü bu faktı təkzib edib. 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur