Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
Xəbər Lenti
Bakıda şübhəli suriyalı peyda olub - Polisdən xəbərdarlıq+Foto

Bakıda şübhəli suriyalı peyda olub - Polisdən xəbərdarlıq+Foto

Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı feysbukda "Hamam Times” səhifəsi fotolar da paylaşıb. Həmin şübhəli şəxsə aid fotolar paytaxt otelləri, avtovağzal və bir sıra mühüm ictimai obyektlərə yapışdırılıb. Muhammed Ahmet adlı şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına zəng etmələri xahiş olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Əldə etdiyimiz məlumata görə, Hələbdən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar doğrudur. Hazırda bu ehtimalın həqiqəti əks etdirib- etdirməməsi araşdırılır. 

Mənbəmiz onu da qeyd edib ki, Azərbaycanda son günlər təhlükəsizlik tədbirləri üst səviyyədə həyata keçirilir. Bu sadəcə İstanbulda baş verən terror olayı ilə əlaqəli deyil. Belə ki, bayram günləri ilə bağlı ölkəyə turist axınının artması və əhalinin ictimai yerlərdə sıxlığı nəzərə alınaraq hüquq-mühafizə orqanları ayıq-sayıq xidmət həyata keçirirlər. Hazırda ictimai təhlükəsizlik tam nəzarət altındadır. Yüngül narahatlıq yaradacaq heç bir səbəb yoxdur.

Bakıda şübhəli suriyalı peyda olub - Polisdən xəbərdarlıq+Foto

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur