Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Qalmaqallı müğənni Əli Mirəliyevin müsahibə verib

Qalmaqallı müğənni Əli Mirəliyevin müsahibə verib

yüklənir...

- Əli müəllim, bu gün adlı-sanlı xanəndələrimiz, ziyalılarımız televiziyalara dəvətlər alsalar da, efirə çıxmaq istəmirlər. Siz də son zamanlar az-az görünürsünüz. Bunun səbəbi nədir? 

- Qəsdən getmirlər. Bilirlər ki, orada qızışdırıcı, qalmaqal yaradacaq suallar verəcəklər. Bunlar da ona cavab verə bilməyəcək. Sənət adamları, ziyalıların özləri də axı məmurlardan asılıdır. Bu asılılıq az qala onları köləyə, qula çevirib. Ona görə də efirlərə gəlmirlər. Birincisi, inanmıram ki, veriliş rəhbərləri onları dəvət etsin. Yəni, onlar kanala, həmin verilişə sərf edən insanlar deyil. Baxın da onlar kimdir? Hamısı prezidentdən təqaüd alanlar. Əlibaba Məmmədovu dəvət edəcəklər, gəlib nə deyəcək? Deyəcək ki, narazıyam? Ayda dövlətdən 5 minə kimi pul alır. Arif Babayev, Canəli Əkbərov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Ağaxan Abdullayev... siyahı böyükdür. Bundan əlavə aktyor və aktrisalar, adlarının qarşısına “Xalq artisti” yarlığı yapışdırılan məxluqlar... Belə imtiyazları olan şəxs gəlib kimi pisləyə bilər? Hamısının uşaqları yuxarılarda vəzifədə oturub. Mənim niyə uşağımı vəzifəyə qoyan yoxdur? İnanın ki, adi insanların uşaqlarını da o yerlərə düzəltməzlər. Sənət adamlarının hamısının uşaqları Kəmaləddin Heydərovun “tamojni”sində işləyir. Eşitmək lazım deyil, mən gedirəm, maşını “rastomoşka”dan keçirəndə baxıram ki, hamısı muğam ifaçılarının uşaqlarıdır. Kim düzəldib onları işə? Əlbəttə ki, yuxarıdakıların əli ilə. Allah dövlətin canını sağ eləsin. 

- Sənətdən ayrılmasaydınız, indi sizin də övladlarınız həmin yerlərdə işləyirdi... 

- Mən sənətdən ayrılmamışam, sənətə tüpürmüşəm. Mən iyrənib, incimişdim. Rəhmətlik Gülarə Əliyevanın ölümündən sonra sənətə tüpürdüm. Onlar da gördü ki, mən və mənim kimi sənətkarlar yoxdur, əllərinə girəvə düşdü. Səməd Səmədov kimilər də yabanı otlar kimi mənim yoxluğumu doldurdu. Mən yenə oxuyuram, mahnılar yazıram, tələbələrim var. Onlar gələcəyin Əli Mirəliyevləridir. Elə bilirsiniz ki, bağda boş-boşuna oturmuşam? Axırıncı dəfə prezident sərəncam verdi. Mənim adım orada da çıxmadı. Güman edirəm ki, çıxmayacaq da. O siyahıda olanlardan əskik deyiləm, artığam. Əliağa Vahid bəyəm kimdən artıq şair idi? Füzuli, Nizami, Seyid Əzim Şirvanı, onlar Bəxtiyar Vahabzadə kimi Xalq şairləri olub? Onlar xalqın içindən çıxan sadə və istedadlı insanlar olub. Onlar bəyəm prezident təqaüdü alıblar? Xalq niyə Nəsimini sevib? Ona görə ki, Nəsimi xalqın içindən çıxan sözü deyib. Mən də yuxarıda oturanların dilini deyil, xalqın sözünü deyirəm. Kiməsə xoş gəlmək üçün qılıncların altından keçmirəm. Ona görə də mən və mənim kimi insanlar əziyyət çəkməlidir. Hər insanın şəxsiyyəti olmalıdır. Mən baş əyərdim, amma bir şərtlə. Qarabağım, zavod-fabrikim olsaydı, Azərbaycan musiqisinin üzərində bir qurum dayansaydı. Xalqımla fəxr edirəm. Niyə məni mədəniyyət və turizm naziri qoymurlar? Axı mənim kimi bir adam o nazirliyə rəhbərlik etsəydi, belə biabırçılıqlar baş verməzdi. İş adamlarının maliyyələşdirdiyi sənətçilər kanallarda özlərini düzgün apara bilmirlər. Mənim xalqım o qədər də biqeyrət deyil, istedadlı, talantlıdır. Mən onların mənfi deyil, müsbət keyfiyyətlərini görmək istəyirəm. Bu da onlarda yoxdur. “Space”də bir Mikayıl var, Azərbaycan musiqisini yıxıb sürüyüb. Azərbaycanda olan bu mikayıllar dar ağacından asılmalıdır. Çünki onlar pul qazanmaq üçün mədəniyyətimizi, Azərbaycan xalq musiqisini tapdalayıblar. Öz taylarını otuzdurub, atlanıb-düşürlər. Kişi də atlanıb-düşər? Mayka, alt paltarı qalıb bayırda, bu nə deməkdir? Hara baxır Vaqif Mustafayev? Görmür bunları? Yoxsa pul verib ağzını yumurlar? Mikayılın nə ixtiyarı var ki, Azərbaycan musiqisini kürdləşdirsin, pakistanlaşdırsın? Bizim ana ritmimizi dəyişib, ara, xırda xalqların ritmini Azərbaycana gətirib. Azərbaycanda Üzeyir bəy Hacıbəyov, Cahangir Cahangirov, Qəmbər Hüseynli, Səid Rüstəmov musiqisinin üstündən xətt çəkiblər. Bu, sizin başınızı ağrıdacaq, ay mədəniyyətə baxan insanlar, mədəniyyətsiz nazirlər. Bizim mədəniyyət naziri yerində deyil, onun mədəniyyətdən xəbəri yoxdur. Televiziyaya Azərbaycan musiqisini bilən adamlar buraxılmalıdır. Efirdə toy bazarı olmamalıdır. 

- Sizə belə bir səlahiyyət verilsəydi, mədəniyyət və turizm naziri vəzifəsinə kimi qoyardınız? 

- Özümü. Bütün kanalları bağlayardım, ancaq Azərbaycan musiqisi təbliğ olunardı. Efirlərdə klassik musiqilər, romanslar, el havaları, bəstəkar mahnıları, muğamlar səslənərdi. Talış, türk, kürd sözlərini, janrını yığışdırardım. Bu saat efirlərdə kürd musiqiləri yayımlanır.

- Kürd və digər etniklərin musiqiləri Azərbaycan kanallarına necə və kimlərin əlilə gəlib?

 - Dəqiq deyə bilmərəm. Hərə bir tərəfdən işləyir. Məsələn, Üzeyir bəyin “Sənsiz”ini Sevda Ələkbərzadə ermənicə oxuyur. Ay Sevda, Üzeyir bəy bunu sənin üçün yazmayıb, Bülbül, Rəşid üçün yazıb. Onu Müslüm Moqamayev kimi dahi sənətkar oxuyub. Sən kimsən ki, onun musiqisinə düzəliş edirsən? Sevdanın arxasında dayanan qüvvələr var. O elə-belə oxuyan deyil, Amerika ilə əlaqəsi var, bilinmir ki, hansı xalqın siyasətini aparır. İki gündən bir Amerikadadır. Onu araşdırmaq lazımdır....

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur