Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Nicat Müslümov Türkiyə mətbuatına müsahibə verib

Nicat Müslümov Türkiyə mətbuatına müsahibə verib

yüklənir...
Nicat Müslümov Türkiyə mətbuatına müsahibə verib
"Gənc Liderlər Heydər Əliyev Yolunda" Facebook dəstək kompaniyasının layihə rəhbəri Nicat Müslümov Türkiyə mətbuatına müsahibə verib. 

- "Prezident İlham Əliyev hər dəfə gənclərə necə xüsusi qayğı ilə yanaşırsa, biz gənclər də bundan sonra onun ətrafında sıx birləşməklə ölkəmizin və dövlətimizin inkişafı üçün əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki, biz gənclər cənab Prezidentin göstərdiyi yolla, onun dəstəyi və diqqəti sayəsində inamla irəliləyək. Gələcək liderlər bu günün fəal gəncləridir. Buna görə də müasir imkanlardan, yaranmış şəraitdən istifadə edərək formalaşan gənc liderlərə böyük ümidlər bəslənir. Bu gün Azərbaycan gəncliyinin onun arxasında dayanan, hər zaman dəstək verməyə hazır olan bir dövləti var. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. 
Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir".

Nicat Müslümov Türkiyə mətbuatına müsahibə verib
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur