Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Günah sayılmasa, iki nəfəri öldürərəm” - MÜSAHİBƏ

“Günah sayılmasa, iki nəfəri öldürərəm” - MÜSAHİBƏ

yüklənir...

Milli.Az "Bozbash Pictures" serialındakı "Şirin" obrazı ilə məşhurlaşan aktyor Nicat Rəhimovun axşam.az-a müsahibəsini təqdim edir:

İndiyədək eşitdiyiniz ən yaxşı kompliment hansıdı?

- Yadımda qalmayıb.

Qarşı cinsdən olsaydınız, özünüzlə sevgili olardınız?

- Olardım, nə olub ki, mənə? Gül kimi oğlanam.

Sevgiliniz olanda, başqa biri ilə danışmısınız?

- Həyatımda sevdiyim bir nəfər olub. Ömrü boyu da onu sevəcəm. O, mənim həyat yoldaşımdır.

Qarşı cinsdən gözləntiniz nələrdir?

- Hansı qarşı cinsdən?

Neçə qarşı cins var?

- Qadınları deyirsiniz? Qadınlar güldür, çiçəkdir. Onlarsız heç kimik.

Sizcə, gedən itirir yoxsa, qalan?

- Məncə, gedən itirir.

Qeybət edirsiniz?

- "Qeybət olmasın" deyə, bir söz var. Əslində, sevmirəm. Yanımda qeybət edənlərə yaxşı baxmıram. Amma sözgəlişi arada danışdıqlarımız qeybət kimi çıxır.

Hansı orqanınızdan vaz keçərsiniz?

- Heç birindən

Bəs, sizcə, ən güclü orqanınız hansıdır?

- Ürəyim.

Ürəyiniz dayansa, Əzrayılı görsəniz, nə edərsiniz?

- Qorxaram.

 

Reallaşdırdıqlarınız günah sayılmasa, qorxmasanız, nələr etmək istəyərdiniz?

- Bir-iki nəfər var, onları öldürərəm.

Ən sevmədiyiniz qoxu hansıdır?

- Meyit qoxusudur. Çox dəhşətdir.

- Corabınızı dəyişdirəndə iyləyirsiniz?

- Hər gün corabımı dəyişdirirəm deyə, iy gəlmir.

İndiyədək etdiyiniz ən cəsarətli addım hansıdır?

- Sənətimlə bağlı hədəflərimə çatmaq üçün cəsarətli addımlar atmışam.

Hansı məşhur olmaq istəyərdiniz?

- Dayım Yaşar Nuri olmaq istəyərdim.

Ən böyük fantaziyanız nədir?

- Film çəkməkdir - həm rejissoru, həm də aktyoru olmaq.

Neçə yaşında olmaq istəyərdiniz?

- 15 yaşımda olmaq istəyərdim.

15 yaşlı və hazırki Nicatın ən böyük qorxusu nədir?

- Ölüm.

Üç sözlə özünüzü ifadə edin.

- Səmimi, fədakar, düzgün.

Əlinizdə dəlilik kağızı olsa, neyləyərsiniz?

- Özünü dəli kimi aparan insanların qarşısında dəlilik edərdim.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur