Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Məşhurların övladları - Abel Məhərrəmovun səfir oğlu

Məşhurların övladları - Abel Məhərrəmovun səfir oğlu

yüklənir...

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

 

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 

 

Modern.az saytı "Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

 



Budəfəki təqdimatımız Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov barəsindədir...


Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. Kimya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Yusif Məmmədəliyev mükafatı laureatıdır. Rumıniya Respublikasının ali dərəcəli «Komandor» ordeni, İqtisadi Əməkdaşlıq Təşkilatının qızıl medalı ilə təltif edilib. Rumıniya Respublikasının Ovidius Universitetinin və Türkiyə Respublikasının Kırıkkale Universitetinin fəxri doktorudur. 50-dək monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 700-dək elmi məqalənin müəllifidir. 37 ixtirası var. 30-dək kimya elmləri namizədi və doktoru hazırlayıb. 
1971-ci ildən Ümumittifaq Olefinlər Elmi Tədqiqat İnstitutunda operator, mühəndis işləyib. 

1976-cı ildən Azərbaycan Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb. 
1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. 2002–2004-cü illərdə Qara dəniz universitetlər şəbəkəsinin prezidenti olub. 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 

2009-cu ildə "Şöh­rət” or­deni ilə təl­tif olun­ub.

2005 və 2010-cu illərdə 16 say­lı Ya­sa­mal II seç­ki dai­rə­sin­dən Milli Məclisinin III və IV çağırışları üzrə deputatı seçilib. Evlidir, 2 övladı var.


Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiridir.

Anar Məhərrəmov 2 fevral 1978-ci ildə Bakı şəhərində doğulub. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsili alıb. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin magistri olub.

2001-2004-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsində də magistr dərəcəsini bitirib.

2017-ci ildə Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası üzrə professor təhsili alıb.

2004-cü ildə hüquq elmləri namizədi elmi dərəcəsi alıb.

2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti olub.

Anar Məhərrəmov 2013-cü ildə hüquq üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

Əmək fəaliyyətinə 2000-cildə  Xarici İşlər Nazirliyində başlayıb. 2000-2006-cı illər ərzində nazirliyin Beynəlxalq hüquq və müqavilələr idarəsində referent, attaşe, üçüncü katib, ikinci katib vəzifələrində işləyib.

2006-2010-cu illərdə  Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində ikinci katib, birinci katib, müşavir vəzifələrində çalışıb.

2010-2013-cü illərdə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Anar Məhərrəmov Hüquq və müqavilələr idarəsində rəis müavini postunun tutub. 

A.Məhərrəmov 2013-2016-cı illərdə Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəisi işləyib.

2016-cı ilin aprel ayında ölkə başçısının sərəncamı ilə Anar Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

2016-cı ilin noyabr ayından həm də Azərbaycan Respublikasının Ümumdünya Turizm Təşkilatı yanındakı daimi nümayəndəsidir.

İspan, ingilis, rus, türk dillərini bilir. Evlidir, üç övladı var.


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur