Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Paxıllıq edirlər, baltalayırlar” - Kamran Ağayev

“Paxıllıq edirlər, baltalayırlar” - Kamran Ağayev

yüklənir...

"Keşlə”nin qapıçısı Kamran Ağayev müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Mövsümün əvvəlində transferləri ilə iddialı olmağa çalışan "Keşlə” 3 oyuna cəmi 1 xal qazanıb...

-  Futboldur və bu hamının başına gələ bilər. Elə olar ki, 5 oyun ardıcıl uduzarsan, elə olar ki, 5 oyun ardıcıl qələbə qazanarsan. Yaxud 10 oyun uduzarsan. Amma bu gedişatdan razı deyilik. Təbii ki, daha yaxşı nəticə istəyirdik. Özümüzdən narazıyıq. Çalışıb səhvləri aradan qaldırmaq lazımdır. Ümid edirik ki, yaxşı olacaq. 

 

-  Ümumiyyətlə, komandada nə baş verir? Baş məşqçi dəyişikliyi təsir edirmi?

-  Bir yerdə nəticə yoxdursa, deməli, problemlər var. Bizdə də eynidi. Hansısa problemlər var və bunu həll etməliyik. Biz də əlimizdən gələni edirik. 

-  "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov dünənki oyundan sonra bildirib ki, futbolçular cərimələnəcək...

-  Rəhbərliyin töhmət də verməyə, danlmağa da haqq var. Bu nəticələrdən sonra iclas olmalı idi. Klub prezidenti bizim qalib gəlməyimizi istəyir. Qarşımıza hədəf qoyulub. Bu hədəfə doğru irəlilməməliyik. İş olan yerdə həmişə müəyyən problemlər ortaya çıxır. Bizdə də var və yoluna qoymağa çalışırıq. 

- Sezar Meza Kollinin gedişi sizə nə qədər təsir etdi?

- Əvəzedilməz futbolçu yoxdu.  Kim gedirsə getsin, yerini başqası dolduracaq. Düzdür, Sezar komandaya alışmışdı, başa düşürdü. İndi yeni gələnlərə də vaxt lazımdır ki, özlərini göstərsinlər. Futbolçu həyatı belədir ki, bir gün getməlisən. O da getdi. 

- Komandanın kapitanı kimi legionerlərinizdən razısan?

- Kimsə mənə haqq vermir ki, komanda yoldaşlarım haqqında fikir bildirəm. Çünki mən də futbolçuyam. Komandada bu hüquqa yalnız məşqçi və rəhbərlik sahibdi. Onlar futbolçular haqqında danışa bilər. Ümumi götürsək, özüm daxil hər şeydən narazıyam. Biz daha yaxşı nəticələr əldə etməliyik. 

- "Neftçi” ilə oyun haqqında fikirlərin necədi?

-  Çalışacağıq ki, qalib gələk. Hər şey mümkündr. Ondan qabaq hələ millinin oyunları var. Sonra "Neftçi” barədə düşünərik. 

- "Səbail”lə oyunun son dəqiqələrində əlcəklərini çıxarmağın səs-küyə səbəb oldu...

-  Əlcəklərimi pis mənada və ya etiraz mənasında çıxarmamışam. Yadınızdadırsa, Portuqaliyanın hansısa oyununda qapıçı Rikardo əlcəklərini çıxarıb penaltilər seriyasında qapıda dayanmışdı. Mən də əlcəyimi çıxardım ki, artıq bu, mənə lazım deyil. Gedib qabağa qol vurmaq lazımdır Ayağımdan istifadə etməliyəm. Komandama qol lazım idi. Baxıram ki, kimsə ağzına gələni yazır. Başlıq qoyurlar ki, xəbər oxunsun. Sosial şəbəkələrə baxıram ki, ağızlarına gələni yazırlar. İndi gedib onları bir-bir tapıb nəsə demək də olmur və buna görə baş qoşmuram. Bilirsiz, onları yazanların əksəriyyəti qohum-əqrabasında futbolçu olub milliyə düşməyənlərdir. Ona görə də paxıllıq edirlər, baltalayırlar. Olmaz belə. Biz də Azərbaycanı təmsil edirik, azərbaycanlıyıq. Bu cür karyera qurmuşuq ki, kimsə ağzına gələni yazsın? Lazım deyil. 

- Milli komandanın sentyabrın 7-də Kosovo və 10-da Malta ilə oyunları var. İki görüşdə qalib gəlmək mümkündür?

-  İndi bütün komandalar güclüdür. Hamının ayağı top tutur, futbol oynayır. Ümid edirəm ki, yaxşı olacaq. Kosovo ilə matçda qalib gəlməyə çalışacağıq. Zəif yerlərimizi düzəltməliyik. Məşqçimiz hamımızın yaxşı tanıdığı Qurban Qurbanovdu.


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur