Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Məleykənin fiqurasının vurğunuyam” - Anar Ağakişiyev

“Məleykənin fiqurasının vurğunuyam” - Anar Ağakişiyev

yüklənir...

Stilist Anar Ağakişiyevin müsahibəsi:

- Neçə ildir ki, Azərbaycanda stilist kimi tanınsaz da, üzü yanan qadının makiyajından sonra ölkə, hətta dünya sizi tamam başqa cür tanıdı. Anarın yaradıcılığını bu işdən əvvəlki və sonrakı dövrə bölsək düz olar?

- 2015-ci ilən etibarən dünya mediası məndən yazmağa başlayıb. "Dailymail”, "Today America” və başqalarını misal çəkə bilərəm. Bir dalğa idi, yazılar yazılırdı, yaşlıları cavanlaşdırmağım barədə məqalələr dərc edilirdi. 2016-cı ildə dəyişimlərə fasilə verdim, 2017-ci ildə səhhətimdə problemlər yarandı. 2018-ci ilin əvvəlində Türkiyə, Hindistan, Avropanın populyar mediaları məndən yazmağa başladılar. Yaşlıları cavanlaşdırmağımı möcüzə adlandırdılar. Üzü yanan Nərmin xanımdan sonra bütün dünya ayağa qalxdı. Biz bir çox ölkələrin məşhurlarını tanımırıq, onları instaqramda 10 milyondan çox insan izləyir. Xorvatiya, Sloveniyadan olan şəxslər də reaksiya verdilər. 

Bəli, iki dövrə bölməyinizlə tamamilə razılaşıram. 18 illik damğamı vurdum və sonradan yenidən sıfırlandım. Bu, sosial bir çağırış idi. Hər kəs bunu bilir. 

- O makiyajı edərkən nə hisslər keçirdiz? Orada tək əl işi yox, həyat var idi…

- Əslində hissləri qapalı olan bir insanam. Efirdə, dostlar və cəmiyyət arasında ağlayan biri olmamışam. Məndə o hisslər yoxdur. Bir növ həkim kimi işimi gördüm, həmin an hisslərlə hərəkət etsəydim düzgün alınmazdı. Amma tək olanda çox pis oldum, 2-3 gün sonra dərk etdim ki, Tanrı mənim vasitəmlə hansısa yaxşı əməllərinə görə həmin şəxsi sevindirib. O, böyük bir depressiyadan xilas olub. Nərmin xanım əvvəl sıxılırdı, indi isə özgüvəni artdı. 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur