Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
İradə İbrahimova: “Qızlarımız türkə ərə getsin, xristianla evlənirlər” - MÜSAHİBƏ

İradə İbrahimova: “Qızlarımız türkə ərə getsin, xristianla evlənirlər” - MÜSAHİBƏ

yüklənir...

Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın Lent.az-a müsahibəsi.

 

- Yenidən Bakıdasınız...

 

- Hə, illər keçir. Hərdən düşünürəm  ki, 2-ci övladımın 2 yaşı oldu. Deməli, 2 ildir mən fasilə vermişəm. Vaxt gedir, amma gözəl keçsin. Hərdən Bakıya gəlmək istəyirdim, amma qarşıma gözəl maneələr çıxırdı. O maneələri silib kənara atmaq olmur. Deyirdim ki, bunu da yola verim, daha sonra Bakıya gələrəm. Elə ona görə də vaxt uzandı.

 

- Türkiyəyə köçdüyünüz üçün peşman deyilsiniz ki?

 

- Mən qürbətdə deyiləm. Qürbət mənim içimdədir. Əslində, ayrılıqların heç biri yaxşı deyil. Amma Allaha çox şükür ki, ailə qurduğum üçün Azərbaycandan getmişəm. Yəni cürbəcür ayrılıqlar var. Allah hər kəsə belə ayrılıq nəsib eləsin.

 

- Türk vətəndaşı ilə qurmağınız da birmənalı qarşılanmadı...

 

- Bu Allahın bir qisməti idi. Hərənin bir alın yazısı var. Türk deyəndə, yoldaşım Azərbaycan əsillidir. Atasının nənəsi qarabağlıdır. Yoldaşım xristian deyil ki. Türkə getmişəm. Mən də türkəm də... Özü də həyat yoldaşım bizə o qədər qaynayıb qarışmışdı ki, onu yad olaraq görmədim. 2001-ci ildə səhnə fəaliyyətinə başladım. 2002-də tanındım. Elə 2001-ci ilin sonlarında Ceyhunla tanış olmuşdum. Uşaqlığım, gəncliyimiz bir yerdə keçib. Eyni yaşda idik, bir-birimizə doğmalaşmışdıq. Təki bizim qızlarımızın hamısı türklərlə ailə qursun. Çünki xristianla və müxtəlif dinlərə qulluq edən insanlarla da evlənən var. 

 

- İllər İradə İbrahimovada nəyi dəyişdi?

 

- Əslində, illər məndə çox şeyi dəyişdi. Özüm özümü təkrarən tanıdım. Məni illər dəyişmədi, mən özüm dəyişmək üçün dəyişildim. İnsan ancaq özünü dəyişmək istəyərsə, dəyişə bilər. Birdən-birə fərqli yaşantıya keçdim. Ailə və onun məsuliyyəti. Övladlara baxmaq isə hər zaman xanımın üzərində olub. Analığın özü də fərqli bir missiyadır. Bunlar püxtələşmək istəyən insanı tam dəyişdirir. Uşaqla bərabər öz-özümü tərbiyə etdim, özüm də onlarla birgə böyüdüm, onlarla bərabər bir çox şeyləri öyrəndim. Ondan sonra həyatda bir çox şeyə dəyər verməyə çalışırsan. Həyata baxışın dəyişir.

 

- Həyat yoldaşınızın sizə qadağaları varmı?

 

- Yoldaşım heç vaxt mənə qadağa qoymayıb. Bizim aramızda kəskin heç nə yoxdur. "Getməyəcəksən”, "Yeməyəcəksən”, "Geyinməyəcəksən” kimi qadağaları yoxdur. Münasibətimiz məsləhət üzərindədir. Nəsə onun xoşuna gəlmirsə, deyir ki, bəlkə bunu belə etsək yaxşı olar. Amma yenə də sənin öz qərarındır. Mən də yoldaşımdan çox şeylər öyrəndim.

 

- Xeyli vaxtdır şou-biznesdə yoxsunuz. Kənardan bu aləm necə görünür?

 

- Mən heç vaxt özümdən başqasıyla maraqlanmamışam. Mənim də pis xüsusiyyətim budur. Yaxşı mənada mübarizə, rəqabət məndə olmayıb. Mən ancaq tısbağa kimi yavaş-yavaş öz yolumla gedirəm.

 

- Amma buna baxmayaraq, zaman-zaman şou-biznesdə olan söz-söhbətlərdə sizin də adınız hallanıb...

 

- Məni qalmaqallara soxdular, amma orda mən yox idim. Heç bir qalmaqalın baş rolunda mən olmadım.

 

Səidə Sultanla mahnı üstündə qalmaqalınız olmuşdu...

 

- O qalmaqalda da mən yox idim. Səidə özü başladı, özü də bitirdi. Orada da mən yox idim. Mən başqasından pul verib mahnı almışdım, amma o dedi ki, mahnı mənimdi. Əgər sənin idisə, mahnını oğurlayıb satanla işini həll edərdin. Əslinə baxsaq, hələ də söhbətin əsl səbəbini bilmirəm. Bilmədim ki, bu mahnı kimin idi? Kim-kimdən hansı notu oğurlayıb. Sadəcə, mənə mahnı təqdim olundu, pulunu ödəyib aldım, oxudum. Adım bu qalmaqalda olsa da, özüm orda yox idim. Amma, maşallah, o qalmaqal sonra daha da uzandı və mənə simpatiyası olmayan insanlar da orada qruplaşdı. Hər kəs öz intiqamını aldı.

 

- Xeyli arıqladığınız da diqqətdən qaçmır.

 

- Həmişə belə idim. Amma ailə qurmadan öncə geyindiyim paltarların bir çoxu qalır. Onları geyindim baxdım gördüm ki, əynimə böyükdür. Deməli, əvvəllər daha toppuş olmuşam. Ailə qurandan sonra arıqladım. Daha doğrusu övladlarımı dünyaya gətirəndən sonra. Amma bunun üçün xüsusi bir pəhriz saxlamadım. Mənə yazırlar ki, necə arıqladığınızı bizə də deyin. Heç bir xüsusi səy göstərməmişəm. Elə yolunu bilsəm, bacılarıma deyərəm. Bacılarımın ikisi də toppuşdur. Övlad dünyaya gətirəndən sonra arıqlaya bilmədilər. Arıqlamağımın xüsusi resepti yoxdur. Sadəcə, övladlarıma baxıram. Bir də çox su içirəm. Buna görə də həkimə müraciət etdim, elə bildim, şəkər xəstəsiyəm.  Dəqiqə başı ağzım quruyurdu, su içirdim. Çox su içməyim vərdiş halına gəlmişdi. Gündə normalda 2 litr yarım su içmək lazım idisə, mən 3-4 litr su içirdim.

 

- Toylara gedirsiniz?

 

- Əlbəttə. Amma toyun çox olması üçün gündəmdə, efirlərdə olmaq lazımdır. Mən hər gün efirlərdə olmağı sevmirəm. Toylara gedirəm ki, mahnılar, kliplər və daha nələrsə ərsəyə gəlsin. Yaradıcılığım üçün yoldaşımdan pul almaram. Əvvəlki illərlə müqayisədə toylarım azalıb. Çünki ortalıqda yoxam. Bəzən toy dəvətləri alan zaman təəccüblənirəm ki, hardan ağıllarına gəlmişəm?

 

- Biznes qurmaq istəyirsiniz?

 

- Əslində, bacımla ortaq bir biznesimiz var. Amma istəyirəm ki, İstanbulda uşaq bağçası açım. Uşaqlarla ruhum təzələnir, onları oxuya bilirəm. Orada bir rəfiqəmlə bu işi qurmaq niyyətindəyəm. 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur