Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Polşanın kulinariya portalında kükü təsvir olunub

Polşanın kulinariya portalında kükü təsvir olunub

yüklənir...

Polşanın "blogowisko.net" kulinariya portalında Azərbaycan mətbəxindən olan kükü barədə məqalə dərc olunub.

Məqalədə vegetarianların zövqünü oxşayacaq və turistlərin də sevdiyi kükünün iki variantda bişirilmə qaydası izah olunub. Qeyd olunub ki, azərbaycanlıların, həmçinin turistlərin sevdiyi bu tərəvəz yeməyi vegetarianlar üçün böyük tapıntıdır. Xüsusən bildirilir ki, azərbaycanlılar bu yeməyin yanında mütləq təzə dəmlənmiş çay da içirlər. Polşalı turistlərin bu yeməyi Azərbaycana gedib dadmaları tövsiyə edilib.

Məqalədə digər tərəvəz yeməyi olan pomidor çığırtması barədə də məlumat verilib. Bildirilib ki, hər iki xörək həm səhər yeməyi, həm də nahara və ya şama hazırlanan yüngül yeməkdir.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur