Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Ləzzətli və yüngül salatlar

Ləzzətli və yüngül salatlar

yüklənir...

Bəzi günlərdə yüngül və dadlı təamlara ehtiyac duyulur. Bu təamlar tərəvəz, meyvə, göyərti və s. ola bilər. Amma onları ayrı-ayrı yox, birlikdə yeyəndə daha dadlı, rəngarəng və iştahaçan olur. Salat insana özünü daha yüngül hiss etdirir, eyni zamanda kökəlməyə qoymur. 

Salatların reseptini təqdim edirik:

Mozarella salatı

İçindəkilər:

6 ədəd pomidor

3 ədəd mozarella topu

1 ədəd kiçik soğan

2 diş sarımsaq

Zeytun yağı

1-2 yarpaq reyhan

Hazırlanması:

Pomidorları mozarella toplarını yumru şəkildə dilimləyin. Bir boşqabda sıra ilə pomidor və mozarella dilimlərini düzün. Soğan və sarımsağı soyun, xırda-xırda doğrayın, pomidor və mozarellanın üzərinə səpin. Axırda salatın üzərinə zeytun yağı gəzdirin və reyhan yarpağı ilə bəzəyin.

Makaron salatı

İçindəkilər:

100 qr. toyuğun döş əti

5 ədəd cherry pomidor

60 qr. xırda makaron

 

1 ədəd kök

12 alma

50 qr. Lobya

Hazırlanması:

Toyuğun döş ətini uzunsov doğrayın, yağsız çəhrayılaşana qədər qızardın. Makaronu yağsız, duzsuz suda qaynadın. Kökü də qaynayan suda bişirin. Bişdikdən sonra kökü kiçik, uzunsov şəkildə doğrayın. Cherry pomidorları 4 hissəyə bölün, almanı da kub şəklində doğrayın. Bir qazan suyu qaynamağa qoyun, lobyanı bişirin. Bütün ərzaqları salat qabına əlavə edin. Bir kasada 1 xörək qaşığı xardal, 1 çay qaşığı üzüm sirkəsi və 1 çay qaşığı zeytun yağından sous hazırlayıb, salata əlavə edin, qarışdırın.

Toyuq və pendir salatı

İçindəkilər:

1 ədəd toyuğun döş əti

Kahı

100 qr. pendir

2 ədəd pomidor

1 ədəd yumurta

14 xiyar

5 x.q soya sousu

Hazırlanması:

Bir qazanda suyu qaynadın. Qaynağa düşəndə yumurtanı suya qoyun. 10 dəqiqə bişirin. Kahını yuyub, kənara qoyun. Pomidorları yuyun, iki hissəyə bölün və içini təmizləyin. Bişmiş toyuq ətini kub şəklində doğrayın. Yumurtanın qabığını təmizləyib, onu da doğrayın. Həmçinin, pomidor və pendiri də. Bütün bunların hamısını qarışdırın və üzərinə soya sousunu, xiyarı dairəvi şəkildə dilimləyib əlavə edin.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur